MƏDƏNİYYƏT
Yakutiyada keçirilən beynəlxalq konfransda ölkəmiz də təmsil olunacaq
Bakı, 23 yanvar, AZƏRTAC
Bu ilin iyul ayında Rusiya Federasiyasının Saxa Respublikasının Yakutsk şəhərində “Dünya xalqları dillərinin qorunması və kiberməkanda dil müxtəlifliyinin inkişafı: kontekst, siyasət, təcrübə” mövzusunda beynəlxalq konfrans təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, konfransda dünyanın 70 ölkəsindən alimlər, siyasətçilər, diplomatlar, kitabxana mütəxəssisləri, media nümayəndələri, ali məktəb müəllimlərinin iştirakı gözlənilir.
Konfransın məqsədlərindən biri Saxa Respublikasının dünyada dilləri və mədəniyyətləri qoruyub saxlayan unikal məkan kimi göstərilməsidir.
Konfransda ölkəmizi təmsil edəcək Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova “Azərbaycan kitabxanaları multikultural məkan kimi-dillərin qorunması: tarixi təcrübə və yeni tendensiyalar” mövzusunda məruzəsi ilə çıxış edəcək.