Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Yaponiya elmi tədqiqatların dəstəklənməsinə yeni yanaşma nümunəsi təqdim edir – Dünyanın elm təcrübəsindən

Yaponiya elmi tədqiqatların dəstəklənməsinə yeni yanaşma nümunəsi təqdim edir – Dünyanın elm təcrübəsindən

Tokio, 22 fevral, AZƏRTAC

Dayanıqlı inkişafın əsasında mühüm rol oynayan elmi tədqiqatların dəstəklənməsi dünya təcrübəsində prioritet hesab edilir. Bu baxımdan iki ənənəvi yanaşma mövcuddur. Birinci yanaşma elmi tədqiqatlara qrant dəstəyi sisteminə uyğundur. Belə ki, bir qrup yaradıcı alimin təşəbbüs layihəsi maliyyələşdirən təşkilat tərəfindən ekspert rəyi proseduru vasitəsilə qiymətləndirilir. İkinci yanaşma ünvanlı dəstək sisteminə əsaslanır. Bu zaman sifarişçi artıq elmi tədqiqatların məqsəd və vəzifələrini qoyur və icraçıların axtarışı həyata keçirilir. Layihənin icraçısı, bir qayda olaraq, konkret təşkilatdır. Müraciətlərin və alınan nəticələrin qiymətləndirilməsi isə müştəri tərəfindən aparılır.

Bəs hazırda iqtisadiyyatın əsas sektorlarında innovativ məhsullara malik olan və yüksək texnologiyalı məhsulların ixracına görə ABŞ-dan sonra ikinci yerdə gedən, elmi-texniki tərəqqinin bütün sahələri üzrə dünya liderlərindən biri olan Yaponiya bu məsələlərə hansı yanaşma metodu nümayiş etdirir?

AZƏRTAC-ın xüsusi müxbiri Yaponiyada elmi tədqiqatların təşkilinin formaları və maliyyələşdirmə mexanizmləri ilə bağlı araşdırma aparıb, Gündoğar ölkənin elmi-texniki sahədə keçdiyi inkişaf yoluna nəzər salıb.

Yaponiya elmi tədqiqatların dəstəklənməsinə yeni, fərqli yanaşma nümunəsi təqdim edir. Ona görə də bu ölkədə elmi tədqiqatların maliyyələşdirilməsinin yeni mexanizminin mahiyyətini elmi-texniki siyasətin milli xüsusiyyətləri və elmi tədqiqatları dəstəkləyən konkret qurumların fəaliyyəti kontekstində nəzərdən keçirmək lazım gəlir.

Elmin təşkili və maliyyələşdirilməsi Yaponiyada cəmiyyətin və dövlət quruluşunun xüsusiyyətlərinə, insanların həyat tərzinə, təfəkkürün səviyyəsinə və inkişaf yollarının seçiminə görə digər ölkələrdən ciddi şəkildə fərqlənir. İkinci Dünya müharibəsində məğlubiyyətə uğrayan Yaponiya məhdud təbii sərvətlərinə arxalanaraq və xarici nailiyyətlərdən istifadə edərək sənayeləşmiş ölkələrə çatmağı qarşısına məqsəd qoymuşdu. 1950-1980-ci illərdə dövlətin elmi-texniki strategiyası əsasən xarici ölkələrdən sənaye məhsulunun və texnologiyaların borc alınmasına və təkrar istehsalına yönəldildi. Xarici patentlər və lisenziyalar geniş miqyasda alındı, yalnız surət çıxarmaq deyil, həm də digər insanların ixtiralarının əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi həyata keçirildi. O dövrdə Yaponiyada daxili tədqiqat nəticələrinin həyata keçirilməsi üçün qapalı sistem xarakterik idi.

Texnologiyaların idxalının geniş yayılmış təcrübəsi intellektual fəaliyyətin nəticələrinin kapitallaşmasına töhfə verən korporativ əlaqələr qurmağa imkan yaratdı. Bu təcrübə innovativ firmalarda yüksək peşəkar işçi qüvvəsi formalaşdırdı. Lakin başqalarının elmi nəticələrini borc götürmək strategiyası Yaponiyanın öz elmi-texniki sahəsinin vəziyyətinə və inkişafına mənfi təsir göstərdi. Belə ki, yetərincə elmi-pedaqoji kadrların hazırlanmaması nəticəsində ali təhsil sistemində və sənaye sektorunun elmi təşkilatlarında aparılan fundamental tədqiqatlar çox aşağı səviyyədə qaldı.

1980-ci illərin sonlarında ölkənin elmi-texniki inkişafı üçün yeni strategiyanın zəruriliyi meydana çıxdı. Heç bir yeni maliyyələşdirmə sxemləri işə salınmadan elmə dövlət xərcləri durmadan artırıldı. 1990-cı illərin sonunda tədqiqat işlərinə sərf olunan ümumi xərclər inkişaf etmiş ölkələr arasında ən yüksək göstəricilərə çataraq ÜDM-in 3 faizini təşkil edirdi. Bu yanaşma nəticəsində Yaponiya üçüncü minilliyin əvvəllərində elm və texnologiya sahəsində dünya liderlərindən birinə çevrildi.

Yaponiyada 1996-cı ildə elmi tədqiqatları dəstəkləmək məqsədilə yaradılmış Elm və Texnologiya Şurası 2001-ci ildən Elm və Texnologiya Siyasəti Şurası adlanır. Bu quruma Baş nazirin başçılıq etdiyi Yaponiya hökuməti də daxildir. Ölkənin elmi ictimaiyyətinin və sənaye nümayəndələrinin təmsil olunduğu elmi təşkilatlar Şuranın tabeliyindədir. Hökumətdə Elm və Texnologiya Siyasəti üzrə Dövlət naziri vəzifəsi təsis edilib.

Hökumətin elm və texnologiya sahəsində əsas prioritetləri bunlardır: fundamental və axtarış xarakterli elmi tədqiqatlara dəstək; elmi tədqiqatlara maliyyə dəstəyinin müsabiqə əsasında genişləndirilməsi; ömür boyu məşğulluq sisteminin mərhələli şəkildə ləğvi; gənc alimlərin dəstəklənməsi üçün şərait yaradılması. Yaponiyanın tədqiqat prioritetlərinə iki qrup daxildir. Birinci qrupa yeni materiallar haqqında elm, nanotexnologiya, həyat elmləri, informasiya və telekommunikasiya texnologiyaları, ətraf mühitin mühafizəsi aiddir. İkinci qrup isə ölkənin həyati əhəmiyyətli sahələrini, o cümlədən infrastrukturun inkişafı, energetika, kosmik məkanın və dünya okeanının öyrənilməsi, məhsulların emalı istiqamətlərini əhatə edir.

Elm və texnologiya sahəsində siyasətin həyata keçirilməsi üçün normativ-hüquqi bazanı təmin etmək məqsədilə ölkədə qanunlar qəbul edilib, beşillik planlar, elmi-texniki proqramlar işlənib hazırlanıb. Yüksək elmi-texniki potensiala malik elmi şəhərlər formalaşdırılıb. Universitetləri, dövlət elmi mərkəzlərini, aparıcı sənaye müəssisələrinin laboratoriyalarını birləşdirən yeni salınmış Tsukuba şəhəri buna misal ola bilər.

Yaponiya elmi tədqiqat və kəşflərə ayrılan vəsaitin həcminə görə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv və tərəfdaş ölkələr arasında ABŞ və Çindən sonra üçüncü yerdədir. 2018-cü ildə bu məqsədlər üçün 166,8 milyard ABŞ dolları xərclənib. Bu ölkənin elmi tədqiqatlara və kəşflərə ayırdığı vəsait ÜDM-in 3,59 faizini təşkil edir. Həmin vəsait bu gün də ardıcıl şəkildə artırılır.

Ölkədə elmi tədqiqatların maliyyələşdirilməsi iki mənbədən həyata keçirilir: dövlət büdcəsindən və əsasən ölkənin sənaye kompleksindən maliyyələşən özəl sektordan. Tədqiqat və innovasiyalar üçün milli xərclərin dörddə üçü özəl sektor tərəfindən, təxminən beşdə-altıda biri isə dövlət büdcəsindən ayrılır. Ümumilikdə tədqiqatlara və innovasiyalara yönəldilən dövlət xərcləri özəl sektorun xərclərindən dörd dəfə azdır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub