DÜNYA
Yaponiya Fransa ilə birgə İrana kredit verəcəyi barədə məlumatı təkzib edib
Tokio, 21 oktyabr, AZƏRTAC
Yaponiya hökuməti bu günlərdə yerli mətbuatda İran Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) yerinə yetirməyə davam edəcəyi təqdirdə Fransa ilə birgə bu ölkəyə 2 trilyon yen (təqribən 18,4 milyard dollar) kredit verəcəyi barədə məlumatı təkzib edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa oktyabrın 21-də keçirilən ənənəvi mətbuat konfransı zamanı bildirib.
Jurnalistin məsələ ilə bağlı sualını cavablandıran Y.Suqa deyib: “Bu, həqiqətə uyğun deyil”.
Xatırladaq ki, “Mainichi Shimbun” qəzetinin bir neçə gün bundan əvvəl bu barədə yaydığı xəbərdə kredit verilməsi üçün neft ilə təminat verildiyi, ayrılacaq məbləğin isə ərzaq və dərman alınmasına sərf olunacağı bildirilirdi.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]