DÜNYA
YAPONİYANIN BAŞ NAZİRİ ÇİNİN VƏ CƏNUBİ KOREYANIN İDDİALARI İLƏ RAZILAŞMIR
Baş nazir demişdir: “Bu sırf şəxsi məsələdir. Heç kim ona qarışmamalıdır. Xarici hökumətlər isə, ümumiyyətlə, bu problemi qaldırmamalıdırlar”.
Koidzumi Yasukini məbədinə xidməti avtomobildə katibinin müşayiəti ilə gəlmişdir. Şərhçilərin fikrincə, əksinə, belə addım ziyarətin rəsmi xarakter daşıdığına dəlalət edir.
Pekin və Seul buna dərhal münasibət bildirmişlər. Hazırda Çin və Cənubi Koreya Yaponiya ilə dövlətlərarası münasibətlərini nəzərdən keçirirlər. Çinin hakimiyyət orqanlarının təşəbbüsü ilə Pekində hər iki ölkənin xarici siyasət idarələrinin yüksək vəzifəli nümayəndələri səviyyəsində ikitərəfli danışıqlar təcili dayandırılmışdır. Bundan əlavə, Çin tərəfi xarici işlər nazirlərinin oktyabrın 23-nə nəzərdə tutulan görüşünü də ləğv etmək qərarına gəlmişdir. Koreya Respublikası isə Prezident No Mu Xenin dekabr ayında Yaponiyaya planlaşdırılan səfərinin ləğv olunması və ya başqa müddətə keçirilməsi məsələsini öyrənir.