Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Yaponiyanın yeni Baş naziri olacaq Fumio Kişida və qarşıda duran vəzifələr

Yaponiyanın yeni Baş naziri olacaq Fumio Kişida və qarşıda duran vəzifələr

Tokio, 3 oktyabr, AZƏRTAC

Yaponiyanın hakim Liberal Demokratik Partiyasının (LDP) yeni lideri seçilən Fumio Kişidanın oktyabrın 4-də hökumətin başçısı təsdiq ediləcəyi gözlənilir.

AZƏRTAC xəbər verir ki, Yaponiya parlamentinin həm aşağı, həm də yuxarı palatasında böyük üstünlüyə malik olan LDP-nin yeni lideri üçün bu, o qədər çətin olmayacaq və F.Kişida yəqin ki, həmin gün hökumətin yeni tərkibini də elan edəcək.

Bəs, Yaponiya hökumətini qarşıda hansı vəzifələr gözləyir və yeni hökumət həmin vəzifələrin öhdəsindən gələ biləcəkmi?

Hazırda həm ölkə daxilində, həm də ondan kənarda bir çox analitiklər bu sualın cavabını aydınlaşdırmağa çalışırlar. İlkin olaraq yeni hökumətin qarşısında duran vəzifələrə bütün dünyanı ağuşuna alan və görülən tədbirlərə baxmayaraq, hələ də ciddi problemlər yaradan COVID-19 virusunun yayılmasının qarşısını almaq və onun iqtisadiyyata dağıdıcı təsirini azaltmaq daxildir.

Bununla yanaşı, beş il ölkənin xarici işlər naziri kimi mühüm vəzifədə çalışmış F.Kişidanın formalaşdıracağı hökumətin, qonşu ölkələrin, xüsusən Şimali Koreyanın hərbi potensialını artırmaq istiqamətində fəaliyyəti nəticəsində regionda yaranan gərginliklə əlaqədar ABŞ ilə əməkdaşlığı gücləndirməyə çalışacağı da bildirilir.

Analitiklərin rəyinə görə, LDP-nin və onun koalisiya tərəfdaşı olan Komeyt-to partiyasının parlamentin hər iki palatasındakı üstünlüyü F.Kişida üçün Baş nazir vəzifəsini çətinlik çəkmədən tutmaq imkanı qazandırır.

Yeni Baş nazir üçün ilk sınaq olaraq noyabrda keçiriləcək ümumi seçkilər xüsusi qeyd edilir. Əgər Y.Suqanın rəhbərlik etdiyi əvvəlki hökumətin reytinqinin 30 faizdən aşağı düşdüyünü nəzərə alsaq, bunun çox da asan olmayacağını başa düşmək o qədər də çətin deyil. Buna görə də, F.Kişida ölkənin siyasi qüvvələri arasında konsensusa nail olaraq, seçiciləri seçki məntəqələrinə gətirmək üçün var gücü ilə çalışmalıdır.

Bəzi analitiklər LDP-nin yeni rəhbərliyinin buna nail olması üçün əvvəlki hökumətlərin son 20 ilə yaxın bir dövrdə həyata keçirdiyi “neoliberal siyasətdən” imtina etmək məcburiyyətində qalacağını vurğulayırlar. F.Kişida seçkiöncəsi kampaniya zamanı orta sinfin vəziyyətini yaxşılaşdıracağını və əhalinin rifahındakı qeyri-bərabərliyi aradan qaldırmaq üçün çalışacağını vəd edib. Bildirib ki, koronavirus pandemiyasının böyük zərbə vurduğu insanlara yardım üçün hazırda LDP-nin yeni rəhbərliyi tərəfindən “on trilyon yen” həcmində yeni iqtisadi yardım paketinin hazırlanması üzərində iş aparılır.

Xatırladaq ki, F.Kişidanın xələfi olmuş Y.Suqa hakimiyyətdə olduğu bir il ərzində məhz onun COVID-19 ilə əlaqədar reaksiyasının kifayət edici olmamasının kəskin tənqidi səbəbindən bir ay əvvəl istefa verəcəyini bəyan edib. Ümumiyyətlə isə Yaponiyada artıq əhalinin 60 faizinin tam vaksinasiya olunduğunu və fövqəladə vəziyyət rejiminin aradan qaldırıldığını nəzərə alsaq, F.Kişida hökumətinin məhdudiyyətlərin mərhələlərlə aradan qaldırmaq, xarici səyyahlar üçün sərhədləri açmaq, ölkədə sosial və işgüzar mühiti fəallaşdırmaq kimi vəzifələri reallaşdıracağı da bildirilir.

Hökumətin qarşısında duran regional və beynəlxalq vəzifələrə gəlincə isə bu, ilk növbədə, həm Ş.Abe, həm də Y.Suqa hökumətlərinin fəal şəkildə qoşulduğu azad və açıq Hind-Sakit okean regionunun formalaşması istiqamətində fəaliyyətin davam etdirilməsini nəzərdə tutur.

Bu vəzifələri həyata keçirmək üçün F.Kişidanın seçəcəyi kadrlarla bağlı da artıq ilk adlar çəkilməyə başlayıb. Belə ki, 65 yaşlı xarici işlər naziri Toşimitsu Moteqinin öz vəzifəsində qalacağı, Yaponiya hökumətinin əsas sözçüsü olan Nazirlər Kabinetinin baş katibi vəzifəsinə isə sabiq təhsil naziri, 59 yaşlı Hirokazu Matsunonun təyin ediləcəyi gözlənilir.

Qeyd edək ki, Yaponiya Nazirlər Kabinetinin çox vaxt məhək daşı adlandırılan baş katibinin gündə iki dəfə hökumətin əsas təmsilçisi olaraq, mətbuat konfransları təşkil etdiyi, həmçinin nazirliklər və təşkilatlar arasında əlaqələndirici vəzifəsini həyata keçirdiyini nəzərə alsaq, bu vəzifənin nə dərəcədə əhəmiyyətli olduğu aydın olar.

Bununla yanaşı, Yaponiyanın maliyyə naziri vəzifəsini son 8 il 10 ay ərzində fasiləsiz olaraq tutmuş Taro Asonun da istirahətə göndəriləcəyi və bu vəzifənin sabiq ətraf mühit naziri, 68 yaşlı Şunuçi Suzukiyə həvalə ediləcəyi bildirilir. Əlavə olaraq qeyd edək ki, Ş.Suzuki ilə T.Asonu yaxın qohumluq əlaqələri də bir-birinə bağlayır.

F.Kişidanın bəzi nazirləri öz vəzifələrində saxlayacağı da qeyd edilir. Belə ki, təhsil naziri Koiçi Haqiudanın, ədliyyə naziri Yoko Kamokavanın, müdafiə naziri Nobuo Kişinin yeni hökumətdə öz portfellərini saxlayacağı bildirilir.

Yeni Baş nazirin hökumətin tərkibində müasir texnologiyaların oğurlanmasının qarşısını almağa cavabdeh olan İqtisadi Təhlükəsizlik Nazirliyinin yaradılmasını planlaşdırdığı da vurğulanır. Bu vəzifəni kimin tutacağı hələlik məlum olmasa da, həmin nazirin əsas vəzifəsinin zehni mülkiyyətin Yaponiyadan çıxarılmasının qarşısını almaqdan ibarət olacağı qeyd edilir.

LDP-dəki dəyişikliklərə gəldikdə isə hakim partiyanın yeni liderinin bu vəzifələrə sabiq iqtisadiyyatın bərpası naziri Akira Amarini LDP-nin baş katibi, partiya lideri vəzifəsi uğrunda mübarizədə rəqibi olmuş, konservativ baxışları ilə seçilən xanım Takaiçi Sanayeni isə siyasi araşdırmalar mərkəzinin rəhbəri təyin etməsi barədə artıq məlumat vermişik.

Göründüyü kimi, Yaponiyanın yeni hökumətini qarşıda heç də asan olmayan vəzifələr gözləyir. Onun bu vəzifələrin öhdəsindən necə gələcəyini isə zaman göstərəcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq