RƏSMİ XRONİKA
“YEDİNAYA ROSSİYA” PARTİYASININ SƏDRİ CƏNAB BORİS QRIZLOVA
Hörmətli Boris Vyaçeslavoviç,
Sizi və “Yedinaya Rossiya” Partiyasının bütün üzvlərini Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına seçkilərdə qələbə münasibətilə ürəkdən təbrik edirəm.
İnanıram ki, həqiqətən, bütün Rusiya cəmiyyətini birləşdirici qüvvə olan Sizin partiyanın fəaliyyəti bundan sonra da strateji proqramın həyata keçirilməsinə - Rusiyanın tərəqqisi naminə siyasi sabitliyin və genişmiqyaslı sosial-iqtisadi dəyişikliklərin təmin edilməsinə yönəldiləcəkdir.
Əminəm ki, Yeni Azərbaycan Partiyası ilə “Yedinaya Rossiya” Partiyası arasında hərtərəfli əlaqələr və əməkdaşlıq xalqlarımızın və ölkələrimizin mənafeləri naminə dinamik inkişaf edəcək və dərinləşəcəkdir.
Sizə və “Yedinaya Rossiya” Partiyasının bütün üzvlərinə böyük uğurlar və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti,
Yeni Azərbaycan Partiyasının sədri
3 dekabr 2007-ci il.