REGİONLAR
YENİ LAYİHƏ HƏYATA KEÇİRİLİR
Kənd təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyi “Dağlıq və yüksək dağlıq ərazilərin inkişaf etdirilməsi proqramı” layihəsini həyata keçirməyə başlamışdır.
Bu proqram Qəbələ, Şahbuz, Quba, Gədəbəy və Lerik rayonlarında kənd təsərrüfatını inkişaf etdirməyi nəzərdə tutur.
Layihənin əsas məqsədlərindən biri təbii ehtiyatları və ətraf mühiti qorumaqla dağlıq və yüksək dağlıq ərazilərdə yaşayan əhalinin həyat səviyyəsini yaxşılaşdırmaqdır.
Lahyihə həyata keçirilərkən əsas diqqət həmin rayonlarda heyvandarlığın, bitkiçiliyin və marketinqin inkişafına yönəldiləcəkdir. Adları çəkilən rayonlarda torpağın eroziyasının qarşısının alınması, sosial infrastrukturun yaradılması problemləri də həll ediləcəkdir.
Layihə dəniz səviyyəsindən min metrdən çox hündürlükdə yerləşən kəndlərin sakinlərinə qısa /bir illik/, orta müddətli /üç illik/ kreditlər verilməsini nəzərdə tsutur.