Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Yığmanın kapitanı: Düşünürəm ki, başabaş mübarizə aparıb qrupdan çıxa bilərik

Yığmanın kapitanı: Düşünürəm ki, başabaş mübarizə aparıb qrupdan çıxa bilərik

Bakı, 9 dekabr, AZƏRTAC

Kişi basketbolçulardan ibarət milli komandanın və “Xəzri” klubunun kapitanı Amil Həmzəyev AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

-Azərbaycan Basketbol Liqasının 7-ci turunda “Sumqayıt”a qalib gəldiniz. Oyun barədə təəssüratlarınızı almaq istərdik.

-“Sumqayıt”ın bizə qarşı bu cür yaxşı müqavimət göstərəcəyini gözləmirdik. Nəzər Quliyev meydandan kənarlaşdırılsa da, ruhdan düşmədilər və oynamağa davam etdilər. Amma çox maraqlı görüş keçdi. Rəqibin heyətində yerlilərdən İsmayıl Əliyev və Murad Orucəliyev özünü yaxşı tərəfdən göstərməyi bacardı.

-İlk dövrədə geri düşsəniz də, oyunu çevirməyi bacardınız. Oyuna belə başlamağınız nə ilə bağlı idi?

-Kağız üzərində favorit olan komandalar hər zaman oyunlara rahat çıxırlar. Avrokuboklarda mütəmadi oynayan klublar da belə situasiyalar yaşayır. Amma biz ikinci dövrənin sonlarında oyunu öz xeyrimizə dəyişməyi bacardıq və qalib gəldik.

- Azərbaycan Basketbol Liqasında “Xəzri”nin hədəfləri nədir?

- Bu mövsüm məqsədimiz ölkə çempionu olmaq və kuboku qazanmaqdır. Komanda olaraq çəkdiyimiz əziyyətin bəhrəsini görmək istəyirik. İnanıram ki, hər şey yaxşı olacaq.

- Kişi basketbolçulardan ibarət yığmanın yeni baş məşqçisi Tahir Baxşıyev oldu. Millinin kapitanı olaraq, bu təyinatla bağlı fikirləriniz maraqlıdır...

- Həm Tahir Baxşıyev, həm də Anar Sarıyev gənc mütəxəssislərdir. Onlar paralel olaraq özlərini və milli komandanı inkişaf etdirmək üçün çalışacaqlar. Bəzi insanlar məşqçini iki oyun qalib gəldi deyə uğurlu, uduzanda isə uğursuz adlandırırlar. Mən bu fikirlə heç vaxt razı olmamışam. Çünki bir neçə oyunla baş məşqçini qiymətləndirmək düzgün çıxmaz. İnanıram ki, hər iki çalışdırıcı yığmaya düşərli olacaq. Alberto Blanko haqda az da olsa, məlumat toplamışam. Bəzi klublarda idman direktoru, statistik işləyib. Bildiyimə görə də Avropa basketbolunu çox yaxşı tanıyır. Düşünürəm ki, uzunmüddətli planın bəhrəsini gözləmək lazımdır.

-Tahir Baxşıyev və Anar Sarıyevin iki yerdə işləmələri onlar üçün çətinlik yarada bilər?

- Bilirsiniz, necədir? Ötən il Aleksandr Trifunoviç yığmaya gətirilmişdi. Çox yaxşı karyerası olan məşqçi idi. Ancaq millidəki oyunçuları tanımırdı. Tahir Baxşıyev isə uşaqların xarakterini və hansı oyunçuların meydanda bir-birini yaxşı anlayacağını, aralarındakı münasibətləri bilir. Obradoviçi də gətirsəydik, gəlib məni, Endəri tanımağı vaxt alacaqdı. Buna görə də liqanı və basketbolçuları tanıyan birinin bu vəzifəyə keçməsi əla seçimdir.

-Yığma 2027-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının ilkin təsnifat mərhələsində İsveçrə, İrlandiya və Kosovo ilə eyni qrupda mübarizə aparacaq. Millinin şanslarını necə qiymətləndirirsiniz?

- İsveçrə və İrlandiyanın keçən il oynadıqları oyunlarına baxmışam. Məncə, bizə uyğun rəqiblərdir. Səhv etmirəmsə, MBA-da çıxış edən oyunçulardan birinin İsveçrə vətəndaşlığı var. Onun bizə qarşı matçlarda oynayıb-oynamayacağını bilmirəm. Düşünürəm ki, başabaş mübarizə aparıb qrupdan çıxa bilərik. Oyunlar ilyarım ərzində keçiriləcəyi üçün həm bizdə, həm də rəqib cəbhədə oyunçuların zədə almaq qorxusu var. Çünki birinci oyunda yığmaya qoşulan oyunçu növbəti görüşə çıxmaya bilər. Bu amillər işimizi çətinləşdirə bilər. Ancaq inanıram ki, hər şey yaxşı olacaq. Güclü əcnəbi oyunçular milliləşdirilib. Yerli oyunçularımızın da beynəlxalq arenadakı təcrübəsi artıb. Hər şeyin yaxşı olacağına inanıram.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bakı Yelkən Reqatası -2024”ün qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Oftalmoloqların XIII Regional konfransı keçirilib

Milli Məclisin nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Xarkov cəbhəsində son vəziyyəti açıqlayıb

Azərbaycan dili fənni üzrə imtahan keçirilib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Dövlət qulluğunda fəaliyyətini davam etdirmək istəyənlər üçün növbəti imtahan keçirilib

Naxçıvanda imtahanlarda 86 şagird və abituriyent, 34 dövlət qulluqçusu iştirak edib

Qara Qarayev adına VI Respublika elmi-ifaçılıq müsabiqəsinə start verilib

Nepallı alpinist Everesti 29-cu dəfə fəth edərək öz rekordunu yeniləyib

Sabah bəzi yerlərdə leysan yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Sülhə tələsməyən Ermənistan vaxt itirir ŞƏRH

Əksər rayonlarda arabir yağış yağıb, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub

İsveçrənin vitse-kansleri dağlarda gəzinti zamanı ölüb

İsrailin Aşkelon şəhəri Qəzza zolağından raket atəşinə tutulub, yaralılar var

ADA Universitetində Millətlər Birliyinin baş katibinin iştirakı ilə tədbir keçirilib

Azərbaycan ABŞ-da keçirilən xeyriyyə bazarında stendi ilə təmsil olunub

Tramp: Prezident seçkilərində qalib gələrəmsə, ABŞ tarixində ən böyük deportasiya başlayacaq

Litvada prezident seçkilərinə səsvermə başlayıb

Mayın 12-si Beynəlxalq Tibb Bacısı Günüdür

Əfqanıstanda daşqınlar 311 nəfərin həyatına son qoyub

NATO: Rusiya ilə böyük münaqişədə maraqlı deyilik

Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirir

Alkoqoldan həddən artıq istifadə Altsheymer xəstəliyinin inkişaf riskini artırır

İsveçrə “Avroviziya-2024” Mahnı Müsabiqəsinin qalibi olub

Alimlər zəlilərdən təsirlənərək yeni bir cihaz hazırlayıblar

“Musiqi kimliyimiz” layihəsi növbəti dəfə Aşıq Şəmşirə həsr olunacaq

Bədəndə iki fərqli bioloji saatın sinxronlaşdırılması qocalmanın qarşısını ala bilər

Mariya Stadnik: Hisslərim izaholunmazdır

İsrail ordusu Qəzzanın şimalında HƏMAS-a qarşı əməliyyata başlayıb

Goranboyda yol-nəqliyyat qəzası baş verib, ölən var VİDEO

Yuğ Teatrında “21:15 qatarı” adlı tamaşanın premyerası olub

Mariya Stadnik “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycanın akrobatika gimnastları beynəlxalq turnirdə qızıl medal əldə ediblər

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib, Fəxri xiyabanı ziyarət edib

Azərbaycan Basketbol Liqası: Finalçılar bəlli olub

“Yüksəliş” iştirakçılarının nəzərinə: “Qabiliyyət imtahanı”nın vaxtı dəyişdirildi

Türkiyənin məşhur “Anadolu Atəşi”nin Cıdır düzündə atəşin rəqsi

Muxtar Babayev: Azərbaycan COP29-dan ən yaxşı nəticələri əldə edəcəyinə inanır

Premyer Liqa: Son çempion “Zirə”ni məğlub edib

“101 İl - Könüldən Vətənə” adlı tədbir keçirilib

® Britaniyalı siyasətçi Patrisia Skotland Azərbaycanı ziyarət edib

Lənkəranda növbəti yeraltı təkanlar qeydə alınıb YENİLƏNİB

Neftçalada 200-dən çox sərv ağacı əkilib

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Zığ şosesində təmir işləri ilə əlaqədar sürət həddi endirilib

“Xarıbülbül”ün sorağı dünyaya yayılır

Lənkəranda zəlzələ nəticəsində dağıntı və ya xəsarət qeydə alınmayıb

Azərbaycan parataekvondoçusu Avropa çempionu olub

Dünyanı bizə, bizi dünyaya tanıdan “Xarıbülbül”

İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi

Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb -YENİLƏNİB -2 VİDEO

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana gətirilib

Altun: Türkiyə-Yunanıstan olaraq münasibətlərimizi başqaları ilə deyil, bir-birimizlə müzakirə etməliyik

Qəbələdə Nohur gölündə suyun səviyyəsinin endirilməsi ilə əlaqədar tədbirlər görülür

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Xalqımız Ulu Öndər Heydər Əliyevi qəlbində əbədi yaşadır

İngiltərə Premyer Liqası: “Mançester Siti” darmadağınla liderliyə yüksəlib

İtaliyada Ulu Öndərin anadan olmasının ildönümü qeyd edilib VİDEO

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbulu davam edir

Azərbaycan güləşçisi: “Paris-2024” Yay Olimpiya Oyunlarında iki əsas rəqibim var

"Paris-2024"ə lisenziya qazanan güləşçi: Çıxışım parlaq olmasa da, yaddaqalan idi

Azərbaycan ağırlıqqaldıranı: Film sayəsində uşaqlıqda yaşadığım hər anı yenidən xatırladım

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”nin ikinci günündə medal qazana bilməyiblər

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi kiçik dövlətlərin səslərinin eşidilməsi üçün imkanlar yaradıb

Əlahiddə Ümumqoşun Orduda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Türkiyə yeni nəsil konteyner vaqonlarının istehsalına başlayıb

“Paris-2024”ə lisenziya qazanan yunan-Roma güləşçilərimiz Vətənə dönüblər

İsveç polisi “Eurovision” mahnı müsabiqəsində baş verən insidentdən sonra qanunsuz təhdidləri araşdırır

Şirvanda “Azərbaycanın memarı” filmi nümayiş olunub

Ümummilli Liderin 101 illiyi münasibətilə Praqada tədbir təşkil olunub

Kazanda “BİRLİK: Xatırlayır, miras alır və qürur duyuruq!” layihəsi çərçivəsində tədbir olub

Komi Respublikasında yataqxana binasının bir hissəsi çöküb

Şuşada VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər YENİLƏNİB-4 VİDEO

Avropa çempionuna həsr edilmiş filmin təqdimatı olub

Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar

Səidə Ömər: Azərbaycan xalqını tanımaq istəyən onun mədəniyyət nümunələri ilə yaxından tanış olmalıdır

Elbay Qasımzadə: Azərbaycan yeganə ölkədir ki, tarixi abidələrin bərpasını yalnız dövlət həyata keçirir – MÜSAHİBƏ

Gələcəyin enerjisi hidrogen, Azərbaycanın yaşıl gələcəyində bu istiqamətdə atılan addımlar - TƏHLİL

“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək

Joze Mourinyo “Fənərbağça”nın yeni baş məşqçisi ola bilər

“Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin sayı 200 mini ötüb

Dehlidə qasırğa nəticəsində 2 nəfər ölüb, 23 nəfər yaralanıb

Hərbi vəzifəlilərin təlim toplanışında növbəti tapşırıqlar icra edilir VİDEO

DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

ICESCO-nun Baş direktoru: Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyir

Salim bin Məhəmməd əl-Malik: Heydər Əliyev Fondu qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir VİDEO

ICESCO-nun Baş direktoru: Şuşanın bütünlüklə Qafqazda musiqinin paytaxtı olması təəccüblü deyil VİDEO

Prezident: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq

Əfqanıstanda daşqın nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb

Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir VİDEO

Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir

Prezident: Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir VİDEO

Prezident İlham Əliyev: Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunması müsəlman dünyasının Azərbaycana hörmətinin əlamətidir VİDEO

BMY Baş Assambleyası Fələstinin təşkilatda hüquqlarının genişləndirilməsinə səs verib

Azərbaycan İstanbulda keçiriləcək Dünya İslam alimlərinin məşvərət toplantısında təmsil olunacaq

Astronomlar ilk dəfə öz atmosferi olan qayalı planet kəşf ediblər

Atırau Dövlət Universitetində Ulu Öndərin anadan olmasının ildönümü ilə əlaqədar tədbir keçirilib