İDMAN
Yuki Sunoda: Ümidvaram ki, biz Azərbaycanda uik-endi düzgün keçirəcək və xal qazanacağıq
Bakı, 8 iyun, AZƏRTAC
Bundan əvvəlki yürüşdən sonra mən bir müddət bazada oldum, biz görüşlərdə Monakoda baş verənləri təhlil etdik. Bütün məşqlərdə mütəmadi olaraq ilk onluğa düşürdük, təsnifat öncəsi böyük gözləntilərimiz vardı - komanda iki bolidlə finala çıxmağı nəzərdə tuturdu.
AZƏRTAC xəbər verir ki, bu sözləri “AlphaTauri”nin pilotu Yuki Sunoda deyib.
Pilot qeyd edib ki, təəssüf, biz mövsümün ən zəif təsnifatını keçirdik. Ən pisi o idi ki, mənim birinci sessiyadakı problemlərim Pyerin çıxışında da özünü göstərdi. Halbuki, belə əhəmiyyətsiz insidentdən sonra qırmızı bayraqların nəyə görə ortaya çıxmasına əmin deyiləm.
Bakı trasının bütün hissələri mənim xoşuma gəlir. Xüsusilə ikinci sektordan, tarixi tikililərin yanından keçəndə xoşum gəlir. Bundan başqa, bu trasda ötmə əməliyyatları üçün xeyli imkanlar mövcuddur. Ümidvaram ki, biz Azərbaycanda uik-endi düzgün keçirəcək və xal qazanacağıq”.