CƏMİYYƏT
Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib
Bakı, 26 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2024-cü ilin ötən dövründə 4 minə yaxın tənha ahıl və əlilliyi olan şəxsə evlərində (səyyar) sosial-məişət xidməti göstərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 3600-ə qədəri ahıl, qalanları əlilliyi olan şəxslər olub.
Evdə (səyyar) sosial-məişət xidməti əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə göstərilir.
Agentliyin mütəxəssisləri 79 şəxsi isə sosial-hüquqi xidmətlərlə təmin edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:25]
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub
- 07.05.2024 [16:20]