İşgüzar adamlar üçün Britaniya ulduz falı (4-10 mart)
QOÇLAR özlərini xırda işlərlə yormayıb iri layihələr barədə düşünməlidirlər. Amma bu dəfə tərəfdaşlarınıza etibar edib onların fikrini nəzərə almalısınız. Nüfuzlu biznes tərəfdaşlarla münasibətlərinizi korlamayın.
BUĞALAR altıncı hisslərinə inanmalıdırlar. Nəzərə alın ki, ən düzü elə ilk qərarınızdır. Problemlər barədə düşünərək özünüzə əziyyət verməyin. İndi sizin biznesiniz sürət və çeviklik tələb edir.
ƏKİZLƏRİN karyerası Saturn planetinin təsiri altında olacaqdır. İndi siz zövqünüzə uyğun işlə daha çox qazanc vəd edən iş arasında seçim edə bilərsiniz. Ay sizə ruh yüksəkliyi bəxş edəcəkdir. Bu dövr çoxsaylı maraqlı ideyalarla yadda qalacaq, uğur sizinlə yanaşı addımlayacaqdır. Ulduzlar pıçıltı ilə deyir ki, lotereya bileti alın, ya da əgər əlinizdə bilet varsa bu həftənin uduşunu bada verməyin.
XƏRÇƏNGLƏR az vaxtda çox şey əldə etmək üçün etibarlı işgüzar tərəfdaşlar axtarmalıdırlar. Ayın təsiri gücünüzü artıracaq, dağı dağ üstünə qoyacaqsınız. Venera isə gələcək ömür-gün yoldaşınızla qarşılaşdıracaqdır.
ŞİRLƏR işin tələbləri ilə işgüzar münasibətləri düzgün tarazlaşdırmalıdırlar. Əlbəttə, tələbkarlıq və dəqiqlik lazımdır. Amma indiki halda problemlərin öhdəsindən səbirlə gəlməyə çalışmalısınız.
Vəzifə borcunun yerinə yetirilməsi QIZLARIN həyatını rövnəqləndirəcəkdir. Yaxınlarınızın və əzizlərinizin minnətdarlıq hissi ürəyinizə yağ kimi yayılacaqdır. Amma yadınızda yaxşı-yaxşı saxlayın ki, bəxtinizə düşən şansa göz dikənlər həmişə tapılacaqdır. Bu həftə daxili tərəddüdlər üzündən əlverişli fürsəti əldən vermək yolverilməzdir.
TƏRƏZİLƏRİ biznes tərəfdaşlarla fikir ayrılıqları narahat edir. Problemə biganə münasibətiniz onun həllinə kömək etməyəcəkdir. İşgüzar münasibətlərdə ixtilaflara yol açmamaq üçün problemin haradan qaynaqlandığını araşdırmalısınız. Elə strategiya seçməlisiniz ki, həm narazı opponentlə münasibətlərinizi yaxşılaşdırmaq, həm də planlarınızı reallaşdırmaq mümkün olsun.
ƏQRƏBLƏR bu həftə təkbaşına deyil, kollektiv səylərlə uğur qazanacaqlar. Səmada ulduzların düzümü göstərir ki, ciddi məsələlərdə həmkarlarınıza etibar edə bilərsiniz. Onların qarşıya qoyulmuş vəzifələrin icrasına sizdən az zəhmət sərf etməyəcəklər. Lakin məsələ görülmüş işin dividentlərinə çatanda diqqətli olun. Siz zəhmətinizin layiqincə qiymətləndirilməsinə nail olacaqsınız.
OXATANLARIN irəli getmək və məqsədə çatmaq üçün ətrafdakıların dəstəyinə ehtiyacı vardır. Əgər Sizdə bu işin uğur gətirəcəyinə inamsızlıq varsa, intuisiyanızı işə salın. Hətta riskə getsəniz belə bu addımı atmağa dəyər. Planlarınız və qorxularınız barədə sağa-sola danışdıqlarınız, əslində, bir çoxlarını sevindirir. Özünə inamsızlıqdan qurtulmağa çalışın. Yoxsa finişdə rəqiblərinizlə rastlaşacaqsınız.
OĞLAQLAR bu həftə əsl “xəzinə” tapacaqlar. Tale sizin tərəfinizdədir. İddialı planlarınızı həyata keçirmək üçün bu fürsətdən istifadə etməlisiniz. Bəlkə də vəziyyəti yaxşılığa doğru qarşıdan gələn ezamiyyət dəyişəcəkdir. Son nəticədə gerçəklik ən sevindirici perspektivlərdən üstün olacaqdır.
DOLÇALAR əlavə qazanc yolları tapacaqlar. Maddi durumunuzun yaxşılaşması gələcəyə ümidlə baxmağa imkan verir. Hazırda investisiyaların planlaşdırılmasına xüsusi diqqət yetirməlisiniz. Gələcək layihələrin perspektivlərini tərəfdaşla müzakirə edəndə öz maraqlarınızı əsas götürməlisiniz, amma münaqişələrə yol verməməlisiniz.
BALIQLAR öz gücünü real qiymətləndirməlidirlər. Üzərinizə düşən yük həddindən artıq ağır ola bilər. Bu yükün altından çıxa biləcəyinizə əmin olsanız belə məsuliyyətin bir hissəsini sizə təmənnasız kömək təklif edən həmkarlarınızla bölüşmək imkanını əldən qaçırmayın. Xəsislik etməyin, onsuz da dünyanın bütün pullarını qazana bilməzsiniz, amma asudə qalan vaxtınızı rahatlıqla başqa bir işə, yaxud istirahətə sərf edə bilərsiniz.