Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEV - 1

Bişkekdə “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimatı olub

Bakı, 1 fevral, AZƏRTAC

Qırğız Respublikasının paytaxtı Bişkekdə “Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində rus dilinə tərcümə olunaraq işıq üzü görmüş “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Qırğızıstandakı “Mərkəzi Asiyada Mütərəqqi Azərbaycanlılar Birliyi” İctimai Birliyinin sədri Xansuvar Baxşəliyev, “Qırğızıstan-Azərbaycan” Dostluq və Əməkdaşlıq Birliyinin sədri, Qırğız Respublikasının Əməkdar həkimi Akif Alaferdov, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli və digər qonaqlar Ulu Öndərin Bişkekdə fəaliyyət göstərən Heydər Əliyev adına 20 nömrəli Məktəb-Gimnaziya Kompleksindəki büstü önünə əklil və gül dəstələri qoyub, onun unudulmaz xatirəsini ehtiramla yad ediblər.

Məktəb-gimnaziyanın rəhbərliyi və şagirdlər Türk dünyasının görkəmli xadimi Heydər Əliyevin büstü, onun adını daşıyan otaq, həyatını və fəaliyyətini əks etdirən stend, məktəbin açılış mərasimində Azərbaycan və Qırğızıstan prezidentlərinin iştirakı, dövlətimizin başçısının Bişkekə səfərini əks etdirən “Qırğızıstan-Azərbaycan Dostluğu” stendi və təhsil-tərbiyə kompleksinin fəaliyyəti barədə ətraflı məlumat verib. Sonra Heydər Əliyev adına 20 nömrəli Məktəb-Gimnaziya Kompleksinin kollektivi qonaqlar qarşısında xüsusi proqramla çıxış edib.

Tədbirdə Emil Nəsirli Qırğızıstanda yaşayan yeni nəsil azərbaycanlıların doğma dilimizi öyrənməsinin, valideynlərin də Azərbaycan dili dərslərində iştirakının önəmini diqqətə çatdırıb və məktəblilərin dərslər barədə fikri ilə maraqlanıb, məktəb-gimnaziyanın müəllim və şagirdlərinin Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən suallarını cavablandırıb.

Sonra tədbir iştirakçıları Qırğızıstandakı “Birlik” Azərbaycanlıların İctimai Birliyinin təşkilatçılığı ilə təşkil edilmiş Qırğızıstan-Azərbaycan Dostluq Parkında iynəyarpaqlı ağacların əkilməsi aksiyasında iştirak ediblər.

Daha sonra A.Osmonov adına Qırğızıstanın Milli Kitabxanasında təşkil edilən rus dilinə tərcümə edilərək işıq üzü görmüş “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimatı olub.

Qırğız Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmonaliyevin, “Birlik” Azərbaycanlıların İctimai Birliyinin təşkilati dəstəyi və kitabın müəllifi Emil Nəsirlinin təşəbbüsü ilə təşkil olunan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əvvəlcə “Azərbaycanın dostları klubu”nun prezidenti, tədbirin moderatoru Assol Moldokmatova çıxış edərək sözü Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyevə verib.

Səfir Kayrat Osmonaliyev Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolu, Azərbaycanın tarixindəki müstəsna rolu haqqında məlumat verib. O, Ulu Öndərin həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi illərdə əldə olunan uğurlardan danışıb. Heydər Əliyevin keçmiş SSRİ-nin rəhbərlərindən biri olduğunu diqqətə çatdıran səfir Ulu Öndəri dünyaşöhrətli siyasi xadim, böyük nüfuza malik olan dövlət xadimi kimi xarakterizə edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin, həmçinin Qırğızıstan-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müstəsna xidmətlərinin olduğunu vurğulayıb.

K.Osmonaliyev böyük dövlət xadimi Heydər Əliyevin qırğız xalqına da xüsusi diqqət və məhəbbət ilə yanaşdığını deyib.

Hazırda Qırğızıstanda təxminən 20 mindən çox azərbaycanlı yaşadığını qeyd edən səfir vurğulayıb ki, iki ölkə arasında fundamental diplomatik əlaqələrin əsası 1993-cü ildən qoyulub. Heydər Əliyev 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının üçüncü sammitində iştirak etmək üçün Qırğızıstana gedib və orada qırğızıstanlı həmkarı ilə görüşüb. 1996-cı il sentyabrın 11-də iki ölkənin Xarici İşlər nazirlikləri arasında protokol imzalanıb.

O vurğulayıb ki, bu gün Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir və həmişə bir-birini dəstəkləyir.

“Dövlət başçılarının görüşündə müzakirə olunan məsələlər və imzalanan sənədlər münasibətlərin sonrakı mərhələdə yüksələn xətlə inkişafına təkan vermiş oldu. İki ölkə prezidentlərinin mətbuata bəyənatları, səfər çərçivəsində imzalanmış sənədlər, xüsusən də Strateji Tərəfdaşlıq haqqında Bəyannamə göstərir ki, Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb, onların arasında qardaşlıq və dostluq əlaqələri bundan sonra daha möhkəmlənəcək” - deyən diplomat qeyd edib ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyev haqqında çoxlu kitablar yazılıb və yazılır. Heydər Əliyevə həsr olunmuş möhtəşəm, maraqlı, dəyərli əsərlər uzun illər bundan sonra da yaradılacaq. Ümummilli Liderin fəaliyyətini əks etdirən bu kitab cəmiyyətdə böyük maraq doğurur. Nəşrdə təqdim olunan faktlar Ulu Öndərin çoxşaxəli fəaliyyətində mühüm məqamları əks etdirir.

Səfir, eyni zamanda deyib ki, müasir Azərbaycanın memarı olan Heydər Əliyev dövlət institutlarını təkmilləşdirdi, çox ehtiyac duyulan xarici əlaqələri genişləndirdi, hərtərəfli enerji strategiyasını reallaşdırdı və beləliklə, ölkənin uzunmüddətli inkişafının təməli qoyuldu. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə yönəlmiş strategiyası hazırda uğurla davam etdirilir.

Azərbaycan Qırğızıstandakı səfiri Lətif Qəndilov çıxışında Ümummilli Liderin XX əsrdə Azərbaycanın inkişafı yolunda ən böyük xidmətlər göstərmiş dahi şəxsiyyət olduğunu qeyd edib. Vurğulayıb ki, dahi şəxsiyyətin ömür yolu Vətənə, doğma xalqa və millətə sonsuz sədaqət və məhəbbətin parlaq rəmzidir. Azərbaycanın iftixarı, qüdrətli dövlət xadimi və yenilməz siyasi xadim Heydər Əliyev özünün möhtəşəm fəaliyyəti ilə dünya azərbaycanlılarının Ümummilli Lideri səviyyəsinə yüksəlmiş, xalqımızın yaddaşında və qəlbində şöhrəti və nüfuzu sərhəd tanımayan polad iradəli rəhbər olaraq qalmışdır.

Təqdimat mərasimində çıxış edən “Heydər Əliyevin həyatının 100 anı” kitabının müəllifi Emil Nəsirli “Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində Azərbaycan, ingilis, rus, rumın və digər dillərində işıq üzü görmüş nəşr haqqında geniş məlumat verib. Deyib ki, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin müstəqil Azərbaycanda yenidən hakimiyyətə qayıtması, onu böhrandan xilas etməsi, ölkə həqiqətlərinin dünyaya çatdırılması, Qarabağ münaqişəsində atəşkəsin elan olunması istiqamətlərində xidmətləri və digər məsələlər kitabda sənədli təsvirlərin dili ilə şərh edilir.

O bildirib ki, Heydər Əliyev haqqında yazdığı bu kitab, eyni zamanda, Azərbaycan tarixini özündə əks etdirir. Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan yeni bir eraya qədəm qoyub. Ulu Öndərin müasir və müstəqil Azərbaycana rəhbərliyinin əsas nəticəsi ondan ibarətdir ki, dağılmaq ərəfəsində olan respublikamız dinamik inkişaf edən bir ölkəyə çevrilib. Bu, heç də asan başa gəlməyib. Azərbaycanı inkişaf yoluna yönəltmək üçün böyük əmək sərf olunub. Hələ ötən əsrin 70-ci illərində respublikaya rəhbərlik edən Heydər Əliyev zavod və fabriklərin açılışında iştirak edib, minlərlə məktəbin, xəstəxananın, mədəniyyət müəssisəsinin təməlini qoyub. Bütün bunlar kitabda fotoşəkillərlə öz əksini tapıb.

Müəllif onu da vurğulayıb: “Bu güclü şəxsiyyətin həyat yolu və mübarizəsi kitablar vasitəsilə gənc nəslə ona görə çatdırılmalıdır ki, onlar fərd kimi deyil, şəxsiyyət kimi formalaşsınlar. Odur ki, Ulu Öndərin həm SSRİ dövründə, həm də müstəqillik illərində Azərbaycanda gördüyü işlər təkcə yazılarla yox, həmçinin fotolardan ibarət kitablar vasitəsilə yetişməkdə olan gənclərə çatdırılmalıdır. Nəşrdə yeni dövrü əks etdirən fotolar arasında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlqoyma mərasimini və buna bənzər digər anları yaşadan fotoşəkillər xüsusi yer tutur. Bütün bunlar yeni tariximizin öyrənilməsində və təbliğində əhəmiyyətli rola malikdir.

Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycanın dünya miqyasında nüfuzu yüksəlib. Bu yüksəliş siyasi strategiyanın möhkəm əsasları üzərində bərqərar olub. Azərbaycanda 1990-cı illərin əvvəllərində ictimai-siyasi sabitlik yaratmaq, dünyanın diqqətini ölkəmizə yönəltmək, iqtisadi islahatlara geniş meydan vermək, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq sadəcə olaraq cari tədbirlərin nəticəsi deyil. Heydər Əliyev, ilk növbədə, Azərbaycanın dünyadakı yerini və qlobal siyasətdəki rolunu müəyyənləşdirib, bölgədə marağı olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq qura bilib. Dünyanın siyasi xəritəsinə nəzər yetirsək, Azərbaycanın ərazicə kiçik ölkə olduğunu görərik. Lakin ölkəmiz bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

Emil Nəsirli bildirib ki, Azərbaycanla Qırğızıstan arasında yaranan uğurlu dövlətçilik münasibətlərinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının III Zirvə görüşü və “Manas” eposunun 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün ilk dəfə Qırğızıstana səfərindən sonra ildən-ilə inkişaf edən münasibətlər hazırda iki ölkə arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Qırğızıstan Prezidenti Sadır Japarov ölkəmizdə rəsmi səfərdə olub. Səfər zamanı ölkələrimiz arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb.

Tədbirdə Qırğızıstan parlamentinin deputatı, Qırğızıstan-Azərbaycan parlament dostluq qrupunun rəhbəri İskəndər Matraimov, Qırğızıstan Xalqları Assambleyası Şurasının sədri Almanbet Matubraimov, Qırğızıstan parlamentinin sabiq spikeri Medekan Şerimkulov, “Qırğızıstan-Azərbaycan” Dostluq və Əməkdaşlıq Birliyinin sədri, Qırğızıstanın Əməkdar həkimi Akif Alaferdov, Qırğız Respublikasının keçmiş xarici işlər naziri, Ç.Aytmatov adına “Beynəlxalq İssık-Kul Forumu” İctimai Birliyinin prezidenti, “Azərbaycanın Dostları Klubu”nun təsisçisi Əsgər Aytmatov, kinorejissor, Qırğızıstanın Əməkdar mədəniyyət xadimi Zamir Erəliyev, Qırğızıstandakı “Mərkəzi Asiyada Mütərəqqi Azərbaycanlılar Birliyi” İctimai Birliyinin sədri Xansuvar Baxşəliyev çıxış edərək, Ulu Öndərin əziz xatirəsinin hər iki ölkədə dərin hörmətlə anıldığını, Azərbaycan və qırğız xalqlarının tarixinin, dilinin, dininin və mədəni dəyərlər baxımından bir-birinə çox sıx tellərlə bağlılığının olduğunu, bu iki xalq arasında münasibətlərin tarixinin dərinliklərinə gedib çıxdığını, müstəqilliyin ilk illərində Azərbaycan-Qırğızıstan əlaqələrinin Mərkəzi Asiyanın digər Türk dövlətləri ilə olduğu kimi, əsasən beynəlxalq və regional təşkilatların işində əməkdaşlıq çərçivəsində həyata keçirildiyini, ikitərəfli münasibətlərin genişlənməsində isə Ümummilli Liderin əvəzsiz xidmətlərinin olduğunu diqqətə çatdırıblar. Xüsusi qeyd olunub ki, Azərbaycan digər Türk dövlətləri ilə olduğu kimi, Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini etibarlı şəkildə davam etdirir. Hər iki ölkənin məqsədi Türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə verməkdir. İmzalanan sənədlər və liderlərin səsləndirdikləri fikirlər iki qardaş ölkənin münasibətlərində hərtərəfli əməkdaşlığa hesablanan yeni mərhələnin əsasının qoyulduğunu deməyə əsas verir. Bütün bunlar türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin inkişafında nümunəyə çevrilir.

Mərasimdə Heydər Əliyevin xarici siyasətində xüsusi yer tutan Azərbaycanın dünyanın bütün güc mərkəzləri, qonşu və qeyri-qonşu dövlətlər, o cümlədən Qırğızıstan ilə yeni, qarşılıqlı faydalılığa əsaslanan münasibətlərin formalaşdırılması, inkişaf etdirilməsi, Cənubi Qafqazda maraqları və təsir imkanları olan böyük ölkələr, eyni zamanda, region dövlətləri ilə münasibətləri barədə geniş fikir mübadiləsi aparılıb.

Sonra Qırğızıstandakı “Mərkəzi Asiyada Mütərəqqi Azərbaycanlılar Birliyi” İctimai Birliyinin sədri Xansuvar Baxşəliyev tərəfindən Emil Nəsirliyə qırğız milli hədiyyələri təqdim olunub.

Sonda Emil Nəsirli “Heydər Əliyevin həyatının 100 anı” kitabını tədbir iştirakçılarına hədiyyə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir: Türk İnvestisiya Fondu beynəlxalq təcrübəyə uyğun fəaliyyət göstərəcək

Seneqalın Baş naziri ölkə ərazisində Fransa hərbi bazalarının olmasını tənqid edib

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub YENİLƏNƏCƏK

Ombudsman Masallıda vətəndaşların müraciətlərini dinləyib

Nikol Paşinyan devrilərsə hakimiyyət yenidən “Qarabağ klanı”na təhvil veriləcək ŞƏRH

Aqrar sektorda yeni innovasiyalar tətbiq edən Çex şirkəti Azərbaycana sərmayə qoymaqda maraqlıdır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Üçqat dünya çempionu: Növbəti finalda da Vətənimi layiqincə təmsil edəcəyəm

“Gənc İstedadlar” liseyində Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilib

“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib YENİLƏNƏCƏK

Naxçıvanda 5 minə yaxın şagird monitorinqdə iştirak edib

Yerli brendin yaradıcısı: Azərbaycanda qalstukları ən çox qadınlar alır - MÜSAHİBƏ

Pakistanda mikroavtobus dərəyə aşıb, azı 13 nəfər ölüb

Başkent Universitetinin Bakıda nümayəndəliyi açılıb FOTO

Agentlik: IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib

UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək

Naxçıvanda "Mir Kazım ağa" kəhrizi təmir edilib

Prezident İlham Əliyev Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub YENİLƏNƏCƏK

Baş katib: Azərbaycan xizək alpinizmi üzrə Dünya Kubokunu qəbul etməyə tam hazırdır

“Sən həmişə mənimləsən” yenidən Şuşa Teatrının səhnəsində

Nazir: “Azerbaijan Coca-Cola Bottlers”in ikinci müəssisəsinin açılması bölgənin inkişafına töhfə verəcək

Məleykə Abbaszadə: Hər bir uşaq hiss etməlidir ki, evdə ona bəslənilən sevgi imtahanın nəticəsinə görə deyil

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbirlər keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Paytaxt üzrə 50 minə yaxın lV sinif şagirdi imtahan verib

“Kəpəz” – “Zirə” oyununa əcnəbi hakimin təyin edilməməsinin səbəbi məlum olub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşüb

Avropa çempionu olan Azərbaycan güləş yığması Vətənə qayıdıb

“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açır

Keçən il Naxçıvanın büdcəsində gəlirlər üzrə proqnoza 121,1 faiz əməl olunub

Belarus-Azərbaycan münasibətlərinin inkişafını şərtləndirən qarşılıqlı maraqlar ŞƏRH

Hyustonda fırtına nəticəsində ölənlərin sayı yeddiyə çatıb

Azərbaycan nümayəndə heyətinin Mərakeş Krallığına səfəri davam edir

Rumıniya voleybol millisinin baş məşqçisi: Azərbaycan yığması bizə təhlükəli anlar yaşatdı

Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyulub YENİLƏNƏCƏK

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub  YENİLƏNƏCƏK

Azərbaycan atleti 3-cü dəfə dünya çempionu olub

Azərbaycan-Belarus tərəfdaşlığı özünün ən yüksək mərhələsindədir ŞƏRH

Macarıstanın xarici işlər naziri: Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtması vacibdir

Məleykə Abbaszadə: İmtahan modelinin dəyişilməsi üçün əvvəlcə hüquqi addımlar atılmalıdır

Rumıniyalı voleybolçu: Azərbaycan millisinə hörmətimiz sonsuzdur

Ukrayna dağılmış elektrik stansiyalarının bərpasına 38 milyon dollar ayırıb

Daşqınlardan zərərçəkmişlərə yardımlar Braziliya büdcəsinə azı 2 milyard dollara başa gələcək

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Roma Papası iqlim dəyişməsi ilə mübarizədə təcili addımlar atmağa çağırıb

Binəqədi rayonunda usta işlədiyi evlərdən oğurluqlar etdiyi üçün saxlanılıb VİDEO

“Yuğ” teatrı “21:45 qatarı” premyera tamaşasını növbəti dəfə təqdim edib

Şirvanda silsilə oğurluqlar edən şəxs saxlanılıb

Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib

DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub

Bu il hansı ixtisaslar üzrə keçid balı artacaq?

Əfqanıstanda daşqınlar 50 nəfərin həyatına son qoyub

Azərbaycanda ilk dəfə xizək alpinizmi üzrə Dünya Kuboku keçiriləcək

Zelenski Kiyevə yenidən hücum təhlükəsinə aydınlıq gətirib

Yerli düyüyə tələbat artdıqca, əkin sahələri də genişlənir VİDEO

Xorvatiyada keçirilən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin iclasında iştirakçılar COP29-la bağlı məlumatlandırılıblar

“Qərbi Azərbaycanda kitab və kitabxana mədəniyyəti” - BDU-da elmi konfrans

Məleykə Abbaszadə: XI sinif buraxılış imtahanları ilə bağlı apellyasiyanın nəticəsi ümumi vəziyyəti dəyişməyəcək

Fransa Yeni Kaledoniyada hərbi vəziyyət elan edib

İlyas Əfəndiyevin 110 illik yubileyi “Boy çiçəyi” tamaşası ilə qeyd ediləcək

Azərbaycan Premyer Liqası: İki oyuna əcnəbi VAR hakimi təyin olunub

Müdafiə Nazirliyi: Mayda 254 hektardan çox ərazi minalardan tam təmizlənib VİDEO

DİM rəhbəri müsabiqədə imtahansız iştirak etmək istəyən subbakalavrlara müraciət edib

Dağıstan İƏT ölkələri və Azərbaycana kənd təsərrüfatı məhsullarının ixracını artırmaq istəyir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Səudiyyə Ərəbistanında Ali Səviyyəli Toplantısı keçiriləcək

Məleykə Abbaszadə: Gələn həftə 46 mindən çox abituriyent II və III ixtisas qrupları üzrə imtahan verəcək

Polis əməkdaşları itkin düşmüş şəxsləri taparaq aidiyyəti üzrə təhvil veriblər

Klublardan AFFA-nın qərarına münasibət: Hakimin əcnəbi və ya yerli olması önəm kəsb etmir

Ombudsman “İnsan Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciət yayıb

DİM sədri: Elektron imtahanlar korpusunda 2 gün ərzində 2800 nəfər imtahan verəcək VİDEO

46-cı ICPC dünya finalı iştirakçıları olan ADA komandasının mükafatlandırılması keçirilib

Son bir həftə ərzində Xankəndidə 43 avtomat silahı aşkarlanaraq götürülüb

“Rusiya-İslam dünyası” forumunda “Şimal-Cənub” dəhlizinin inkişafı müzakirə olunub

Milli Məclisin sədri gender bərabərliyinin təminində qarşıya çıxan problemlərdən danışıb

Azərbaycan millisinin voleybolçusu: Bu cür turnirlər komandanın inkişafına müsbət təsir edəcək

Rüstəm Hüseynov Bakıdakı Rus evində yeni mühazirə oxuyub

BMA-da “İqlim dəyişmələri” haqqında müzakirə aparılıb

Hindistanda avtobusun yanması nəticəsində doqquz nəfər ölüb

Zelenski: Tərəfdaşlar Ukraynanı Rusiya ilə danışıqlara sövq etmir

Belarus xalqı Azərbaycanı Cənubi Qafqazda sülhün qarantı hesab edir ŞƏRH

Avrozonada apreldə inflyasiyanın ən az artımı Litvada qeydə alınıb

Nəriman Abbasov çempionluq kəməri uğrunda döyüşə çıxır

“Türk mənşəli arxaizmlər lüğəti” Azərbaycan dili tarixinin öyrənilməsi üçün zəngin material mənbəyidir

Kaliforniya ABŞ-da işsizlik nisbətində liderliyini davam etdirir

Akademik Mirməmməd Cavadzadənin 97 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Agentlik sədri: Proqramlaşdırma müsabiqələrinin rolu ölkənin rəqəmsallaşmasında vacibdir

Merilənd Universitetində Azərbaycanla bağlı təqdimat keçirilib

FHN: Ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 8 nəfər xilas edilib

DİM rəhbəri: 150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazanıblar

Fransanın Cənubi Qafqaz siyasəti bumeranq effekti verdi ŞƏRH

Füzuli rayonuna köçürülən ailələr tibbi müayinələrdən keçirilib

Türkiyənin nəqliyyat naziri Zəngəzur dəhlizindən danışıb

Milli motivlər əsasında hazırlanmış zinət əşyaları ABŞ-da təqdim olunub

Məleykə Abbaszadə: Abituriyentlər yalnız öz güclərinə güvənsinlər VİDEO

Azərbaycan Basketbol Liqası: Bu gün üçüncü yerin sahibi bəlli ola bilər

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir

Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb

Şəkidə Ulu Öndərə həsr olunan futzal turnirinin qalibləri mükafatlandırılıb

DİN: Ötən gün 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb