Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEV - 1

“Heydər Əliyev İli”nin təntənəsi

“Heydər Əliyev İli”nin təntənəsi

Bakı, 16 yanvar, AZƏRTAC

2023-cü il artıq tarixə çevrilib. Bu il bir çox əlamətdar hadisələrlə - ekofəalların fədakarlığı, “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılması, lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpası, Qarabağdakı qanunsuz silahlı dəstələrin tərk-silah edilməsi, külli miqdarda qanunsuz silahların müsadirə olunması, Xankəndidə hərbi paradın keçirilməsi və nəhayət, ilin sonuna yaxın hərbi xidmətlə bağlı yeni qanun layihələrinin müzakirə edilərək qəbul olunması ilə yadda qaldı. Sadalananlar uğurlarımızın yalnız kiçik bir qismi və əsasən də xalqımızın həyatında taleyüklü rol oynayan, region və dünya üçün daha böyük əhəmiyyət daşıyan məqamlardır. Bütün bu uğurlarımızla yanaşı, düşünürəm ki, başa vurduğumuz ilin ən möhtəşəm hadisəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsidir. Başa vurduğumuz il Ulu Öndərin 100 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi, ölkə miqyasında, eləcə də dünyanın bir çox yerlərində xatirəsinə hörmət və ehtiram əlaməti olaraq təşkil edilən müxtəlif tədbirlərlə də yadda qaldı. Bu səbəbdən də 2024-cü ildə qələmə aldığım ilk yazımı da məhz Heydər Əliyevə həsr etməyi düşündüm.

Bu fikirlər ehtiyatda olan zabit, hərbi jurnalist İsa İsmayılovun “Heydər Əliyev ilinin təntənəsi” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Ulu Öndər Heydər Əliyev haqqında yazmaq çətindir, düşünürsən ki, adına layiq fikirlər yaza bilməzsən. Eyni zamanda, onun haqqında yazmaq çox asandır, çünki o, ən gözəl sözlərə, müsbət fikirlərə layiq insandır. Ulu Öndər Heydər Əliyev haqqında saysız-hesabsız məqalələr yazılıb və yenə də yazılacaq. Dahi Rəhbərin xalqımızın həyatında və ölkəmizin bütün guşələrində qoyduğu izləri görənlər daim onun haqqında xoş sözlər yazacaq, ona ehtiramını ifadə edəcəklər. Ulu Öndər elə bir ömür yaşayıb, elə bir mübarizə yolu keçib, çağdaş tariximizdə elə böyük işlər görüb ki, onun irsi tükənməz bir sərvətdir, xatirəsi unudulmazdır.

Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasındakı fəaliyyəti ilə bağlı daim qürur hissi ilə xatırladığım və şəxsən şahidi olduğum hadisələr barədə qısa məlumat vermək istəyirəm. Xidmətim boyu mənə Ulu Öndər Heydər Əliyevlə beş dəfə görüşmək nəsib olub. Dahi şəxsiyyəti yaxından gördüyümə, dinlədiyimə, onunla bir dövrdə yaşadığıma görə daim fəxr etmişəm. İllər ötməsinə baxmayaraq, həmin görüşləri taleyimin parlaq səhifələri olaraq qürurla, iftixar hissi ilə xatırlayır, heç vaxt unutmur və tez-tez xatirəmdə canlandırıram. Heydər Əliyevlə ilk dəfə görüşmək Naxçıvan Muxtar Respublikasında, milli ordu sıralarında xidmətə başladığım günlərdə nəsib olmuşdur. Bir gün onunla bağlı xatirələrimi də qələmə alacağam. Lakin bu gün - Dahi Rəhbərin anadan olmasının 100 illiyini qeyd etdiyimiz ilin yekunlarına nəzər salmaqla onun haqqında yazmağı vətəndaş vəzifəm, bir azərbaycanlı kimi vicdan borcu bilirəm.

Tarixi proseslərə nəzər salaraq ilk olaraq qeyd etmək istəyirəm ki, əgər Heydər Əliyev sovet ordusu sıralarında azərbaycanlı hərbçi kadrların sayının artırılmasına 1971-ci ildə, yəni, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması ilə nail olmuşdusa, müasir Azərbaycan Ordusunun təməlinin qoyulmasına da hələ Naxçıvanda Ali Məclisin sədri olarkən başlamışdı. O dövrdə baş verən prosesləri yaxşı xatırlayıram və fəxr edirəm ki, həmin illərdə mən də Naxçıvanda yeni yaranmış milli ordu bölmələrinin sıralarına qatılmışdım. Fərəh hissi ilə xatırlayıram ki, 1992-ci ildə Naxçıvanda ilk dəfə keçirilən və Heydər Əliyevin qəbul etdiyi hərbi paradda da iştirak etmək mənə nəsib olub.

Tarixi cəhətdən önəmli olan bir faktı da xüsusi qeyd etmək istərdim. Heydər Əliyev Ali Məclisin Sədri olarkən muxtar respublikadan çıxarılan sovet ordusu bölmələrinin bütün silah-sursatlarının, hərbi avadanlıqlarının özü tərəfindən yaradılan Müdafiə Komitəsinə təhvil verilməsinə nail olmuşdu. Məhz bu silah və texnika sayəsində müasir Azərbaycan Ordusunun ilk bölmələrinin təməli qoyulmuş, Muxtar Respublikanın müdafiəsi uğurla təmin olunmuş və erməni silahlı birləşmələrinin hücumlarının qarşısı qətiyyətlə alınmışdır.

Təbii ki, bütün bu proseslərə Ulu Öndər şəxsən rəhbərlik edirdi. Eyni zamanda, Naxçıvanda fəaliyyət göstərən ayrı-ayrı özünümüdafiə taborlarının və müxtəlif şəxslərin nəzarətində olan silahlı dəstələrin vahid komandanlığa - Naxçıvan Müdafiə Komitəsinə tabe olunmasına da Heydər Əliyev hələ o vaxt nail olmuşdu. Müdafiə Komitəsi nizami hərbi qurum kimi fəaliyyət göstərdi, sonradan Heydər Əliyevin təməlini qoyduğu, yaratdığı və daima inkişaf etdirmək üçün əmək sərf etdiyi Azərbaycan Ordusunun tərkibində fəaliyyətini davam etdirdi.

Dahi Rəhbərin nəzarəti altında Naxçıvanda yaradılan nizami hərbi bölmələr Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə davam edən ordu quruculuğu prosesi sayəsində böyüdü, inkişaf etdi, gücləndi və bu gün Əlahiddə Ümumqoşun Ordu kimi Vətənimizin müdafiəsi naminə qarşıda duran vəzifələri uğurla yerinə yetirməkdə davam edir. Bildiyimiz kimi, Əlahiddə Ümumqoşun Ordu mənsubları Vətən müharibəsində də uğurla iştirak etdi və yüzlərlə hərbi qulluqçu fədakarlığa, şücaətə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müxtəlif orden və medallarla təltif edildi, fəxri adlara layiq görüldü.

Dahi şəxsiyyət haqqında danışarkən bir daha qeyd etmək istərdim ki, ölkə miqyasında 2023-cü ilin “Heydər Əliyev İli” kimi qeyd edilməsi və Ümummilli Liderin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər onun xatirəsinə və Azərbaycan xalqı qarşısında xidmətlərinə verilən dəyərin, hörmətin, ehtiramın göstəricisi və təcəssümüdür.

Təbii ki, xalqımızın tarixində dünyamiqyaslı məşhur azərbaycanlı sərkərdələr, elm və dövlət xadimləri çox olub. Lakin yorulmaz, çoxsahəli fəaliyyəti və həyata keçirdiyi nəhəng layihələr sayəsində uğurlar qazanmaqla Azərbaycan tarixində ən dərin izlər buraxmış görkəmli ictimai-siyasi xadim, xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin və ordusunun banisi Heydər Əliyevin xidmətləri əvəzsizdir, ölçüyə sığmazdır.

Heydər Əliyev respublikamıza rəhbərliyinin birinci dövründə belə bütün istiqamətlərdə mühüm yeniliklərə, uğurlara imza atıb. Ölkəmizdə baş verən müsbət dəyişikliklər təkcə respublikamızda deyil, ittifaq miqyasında da daim təqdir edilib.

Bu gün tam əminliklə demək olar ki, o vaxt Ulu Öndərin respublikamıza rəhbərlik etməyə başladığı ilk günlərdən nail olduğu əsaslı dəyişikliklər sayəsində Azərbaycan təkamül dövrünə qədəm qoymuş və Sovet İttifaqının ən inkişaf etmiş respublikalarından birinə çevrilmişdir. Ümummilli Liderin Azərbaycan və ittifaq miqyasında fəaliyyəti zamanı qəbul etdiyi qərarlar, rəhbər olaraq atdığı addımlar onun uzaqgörən rəhbər, müdrik dövlət xadimi olduğunu əyani sübut etmişdir.

Ulu Öndər daim çalışırdı ki, azərbaycanlı gənclər bütün sahələrdə, xüsusilə də hərbi sahəsində uğur qazansınlar. O vaxt azərbaycanlı gənclər hərbi xidmət keçmək, ali hərbi təhsil alaraq hərbi karyerada yüksəlmək istiqamətində müxtəlif əngəllərə məruz qalırdılar. Hələ çar Rusiyasından qalan bu ənənə sovet hakimiyyəti dövründə də mövcud idi. Azərbaycanlılar az sayda olsa da, sovet ordusunda xidmətə qəbul olunurdular, lakin onlar yüksək vəzifələrə təyin edilmir, baş zabit və ali hərbi rütbələrə çox nadir hallarda layiq görülürdülər. Bu səbəbdən də ittifaq miqyasında azərbaycanlı generalları, yüksək vəzifəyə təyin edilən hərbçiləri barmaqla saymaq mümkün idi. Bu hal Heydər Əliyev üçün qəbulolunmaz idi və Ulu Öndər respublikamıza rəhbərlik etdiyi dövrdə və ittifaq miqyasında rəhbər vəzifədə olarkən bu stereotipi sındırmaq üçün var gücü ilə çalışdı, maneələri dəf etməklə buna nail oldu.

Bu gün çağdaş tariximizə nəzər saldıqda görürük ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan Sovet Sosialist Respublikasına rəhbərliyi dövrünün ilk illərində, yəni, 1971-ci ildə indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına nail olması həm Dahi Rəhbərin özü üçün, həm də xalqımız üçün taleyüklü bir hadisə oldu. Çünki belə bir addımı atmaq o vaxt yüksək qətiyyət, iradə, eyni zamanda, böyük cəsarət tələb edirdi.

Bütün təqiblərə, hədələrə, əngəllərə baxmayaraq, Heydər Əliyevin yaratdığı Hərbi Lisey fəaliyyətə başladı və gələcəkdə müstəqil Azərbaycanda nizami ordu quruculuğuna misilsiz töhfələr verdi. Dahi Liderin yadigarı olan və övladı qədər sevdiyi Cəmşid Naxçıvanski adına Hərbi Lisey bu gün də ölkəmizdə həyata keçirilən ordu quruculuğu prosesində əhəmiyyətli rola malikdir.

Dahi şəxsiyyətin böyük çətinliklər hesabına yaratdığı hərbləşdirilmiş ibtidai məktəbə ilk illərdən başlayaraq qəbul olanların böyük əksəriyyəti, məhz Heydər Əliyevin israrlı təkidləri, tələbləri nəticəsində qəbul edilən azərbaycanlı yeniyetmələr idi və yerli gənclərə daima üstünlük verilirdi. Həmin illərdən başlayaraq gələcəkdə müstəqillik qazanan Azərbaycanın milli ordusunda xidmət edəcək zabitlər hərbi təhsildə ilk addımlarını məhz Cəmşid Naxçıvanski adına Hərbi Liseydə atdılar.

Heydər Əliyevin qətiyyətli mövqeyi nəticəsində liseydə təhsil alan azərbaycanlı yeniyetmələrin sayı ilbəil artırdı. Heydər Əliyev bu təhsil ocağında təhsil alanları da doğma övladı qədər sevər, onlara diqqət-qayğı göstərər, tez-tez liseyə gələrək burada oxuyan kursantlarla görüşər, onların qayğıları ilə maraqlanardı. Azərbaycanlı yeniyetmələrin hərbi təhsildə qazandıqları nailiyyətlərlə fəxr edər, onların uğurlarından qürurlanırdı.

Bildiyimiz kimi, hələ sovet dönəmində müxtəlif ali vəzifələrdə çalışan Ulu Öndər daim azərbaycanlı gənclərin Sovet İttifaqının ali hərbi təhsil müəssisələrində oxuyaraq zabit olmalarına da xüsusi həssaslıqla yanaşırdı. Ümummilli Liderin gərgin fəaliyyəti nəticəsində SSRİ-nin bir çox hərbi məktəblərinə göndərilərək ali hərbi təhsil alan zabitlər respublikamız müstəqillik qazandığı ilk gündən Vətənə dönərək Azərbaycan Ordusunun yaradılmasında, inkişafında var qüvvələri ilə çalışmışlar. Həmin illərdə hərbi təhsil alan zabitlər Birinci və İkinci Qarabağ müharibələrində, eləcə də sonradan həyata keçirilən hərbi əməliyyatlarda da fəal iştirak etmiş, qəhrəmanlıq nümunələri göstərmişlər.

Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu illərdə müstəqil respublikamızda da milli zabit kadrlarının hazırlanmasına böyük diqqət ayırmışdır. Hazırda ayrıca bir fakültə kimi Hərbi İnstitutun tərkibində fəaliyyət göstərən Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi, Heydər Əliyev adına Hərbi Lisey də Ulu Öndərin sərəncamı ilə yaradılmışdır.

Müasir müstəqil Azərbaycan Ordusunun banisi və qurucusu, xalqımızın Ümummilli Liderinin adını daşıyan Azərbaycan Ali Hərbi Məktəbinin 2022-ci il mayın 4-dən Prezident İlham Əliyevin Sərəncamı ilə Heydər Əliyev adına Hərbi İnstitut adlandırılması da dahi rəhbərin xatirəsinə hörmət və ehtiramın təzahürüdür.

Bildiyimiz kimi, Azərbaycan xalqı XX əsrin sonuna yaxın yenidən müstəqillik qazandıqdan dərhal sonra elan olunmamış müharibəyə sövq edildi. Ölkəmizə qarşı torpaq iddiası ilə çıxış edən erməni separatçılarının təxribatları Ermənistanla sərhəd boyu ərazilərdə və Qarabağ iqtisadi zonasında tez-tez baş verirdi.

Ermənistan dövlətinin və erməni silahlı birləşmələrinin havadarlarının və regiondan kənar qüvvələrin dəstəyi ilə başladığı işğal prosesinin miqyası günbəgün genişlənməkdə davam edirdi. Eyni zamanda, həmin dövrdə baş verən daxili çəkişmələr də dövlətçiliyimizə böyük təhlükə idi. Belə bir mühitdə Azərbaycanı düçar olduğu bəlalardan xilas edəcək liderə ehtiyac olduğu danılmaz fakt idi. Xalqımızın seçdiyi, sevdiyi və dövlətçilik təcrübəsinə bələd olduğu belə bir lider isə müdrik, uzaqgörən, qətiyyətli və iradəli şəxs Heydər Əliyev idi. Xalqın təkidli tələbi və istəyi ilə 1993-cü il iyunun 15-də Ulu Öndərin Bakıya dəvət edilməsi xalqımızın bütün ümidlərini doğrultdu. Dahi Lider böyük rəğbətlə Ali Sovetin sədri, sonra isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Və həmin gün 15 İyun - Azərbaycanın Milli Qurtuluş Günü kimi tarixə düşdü.

Heç kimə sirr deyil ki, Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş torpaqlarımızın Vətən müharibəsi zamanı azad edilməsi son 30 ildə ölkəmizdə inamla yürüdülən dövlət siyasətinin və böyük strategiyanın nəticəsidir. Bu qətiyyətli strategiyanın həyata keçirilməsində ordu quruculuğu prosesi daim ən əsas və prioritet məsələlərdən biri olmuşdur. Məhz bu səbəbdən dahi şəxsiyyətin yenidən hakimiyyətə gəldiyi ilk gündən ən çox diqqət yetirdiyi istiqamətlərdən biri də məhz vahid komandanlığa tabe olan ordunun yaradılması, formalaşdırılması və ölkəmizin hərbi qüdrətinin artırılması oldu.

Qürurverici haldır ki, Heydər Əliyev ideyalarına sadiqlik ölkəmizi regionda, eləcə də dünyada söz sahibi olan dövlətə, Ordumuzu isə Zəfər qazanan qüdrətli orduya çevirib. Sözün əsl mənasında, əgər ordu quruculuğunun təməlinin qoyulması Ulu Öndərin adı ilə bağlıdırsa, onun dühasından bəhrələnərək, inamlı islahatlar həyata keçirməklə, məharətli sərkərdəlik bacarığı nümayiş etdirməklə Azərbaycan Ordusunu Zəfərə aparmaq və torpaqlarımızın azad edilməsinə nail olmaq da Ali Baş Komandan İlham Əliyevin xalqımız qarşısında ən möhtəşəm xidmətidir.

Milli Qurtuluş Günündən başlayaraq, yəni, Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışından dərhal sonra, ölkəmizdə uğurlu iqtisadi layihələrə start verildi, respublikamızda nizami ordu quruculuğu ilə bağlı daha böyük islahatlar başladı və gələcək qələbələrimizin təməli qoyuldu.

Hesab edirəm ki, dahi rəhbərin o vaxtlar atdığı bu qətiyyətli addımlar Azərbaycanda vahid komandanlığa tabe olan nizami ordu quruculuğu prosesinin başlanğıcı kimi dəyərləndirilməlidir. Çünki yenidən hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyevin qəbul etdiyi ən uğurlu qərarlardan biri də, məhz Naxçıvanda olduğu kimi, bütün ölkə miqyasında fəaliyyət göstərən ayrı-ayrı özünümüdafiə taborlarının və müxtəlif şəxslərin nəzarətində olan silahlı dəstələrin ləğv edilərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində vahid komandanlıq altında birləşdirilməsidir.

Ulu Öndər Heydər Əliyev ilk gündən tez-tez cəbhə bölgəsinə səfərlər edir, döyüşən hərbi hissələrdə ordu mənsubları ilə görüşlər keçirirdi. Dövlətimizin başçısının gəlişi şəxsi heyətin böyük ruh yüksəkliyinə səbəb olurdu. Qısa müddətdə atılan düzgün addımların nəticəsi olaraq ordumuzun bölmələri Füzuli-Horadiz istiqamətində düşmənə sarsıdıcı zərbələr endirdi, böyük ərazi işğaldan azad olundu və gələcəkdə daha böyük qələbələrimizə aparan yol başladı.

Başlıca məqsədi qüdrətli Azərbaycan Ordusunun yaradılması olan Ulu Öndər beynəlxalq hərbi əməkdaşlığa da xüsusi diqqət ayırır, NATO-nun əsas aparıcı gücü olan Türkiyə modelinə daha böyük önəm verirdi. Bu gün Ali Baş Komandan İlham Əliyev tərəfindən Ordumuzda həyata keçirilən islahatların bəzilərinin dünya standartlarına inteqrasiyası və Türk modelinə uyğun ordu quruculuğuna keçid də dahi rəhbərin ideyalarına sadiqliyin bəhrəsidir.

Müzəffər Ali Baş Komandan tapşırığına əsasən, hərbi quruculuq prosesindən dünyada mövcud olan ən qabaqcıl təcrübə öyrənilir və inkişaf etmiş ölkələrin təcrübəsindən də yararlanmaqla ölkəmizdə genişmiqyaslı islahatların həyata keçirilməsi planlı şəkildə davam edir. Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılması istiqamətində komando hərbi hissələri yaradılması da son illər aparılan islahatların tərkib hissəsidir.

Xüsusi olaraq qeyd etmək istərdim ki, iki qardaş ölkənin tarixində mühüm rol oynayan və 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Şuşa Bəyannaməsi ölkələrimiz arasındakı müttəfiqlik əlaqələrini özündə ehtiva edir və siyasət, diplomatiya, iqtisadiyyat, sosial, informasiya, enerji təhlükəsizliyi və nəqliyyat, eləcə də ordu quruculuğu sahələrini əhatə edir. Bu da Türkiyə ilə əlaqələrimizin inkişafına həssaslıqla yanaşan Heydər Əliyev siyasətinə, Ümummilli Liderin ideyalarına sədaqətin bəhrəsidir.

Danılmaz faktdır ki, ordu quruculuğu prosesində hərbi qulluqçuların sosial müdafiə məsələləri də önəmli faktorlardan biridir. Bütün ömrünü hərbi xidmətə Vətənin müdafiəsinə həsr edən, o cümlədən müddətli hərbi xidmət keçən gənclərin sosial qayğılarının həll edilməsi, rifah halının yaxşılaşdırılması daima dövlətimizin diqqətində olmuşdur. Ulu Öndər Heydər Əliyev fəaliyyəti dövründə hərbçilərə, onların ailə üzvlərinə də xüsusi diqqət və qayğı göstərir, xidməti-döyüş fəaliyyətinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm addımlar atırdı. Hərbi qulluqçuların, müharibə veteranlarının aylıq məvaciblərinin müntəzəm olaraq artırılması bu qayğının təzahürü idi. Orduya və ordu mənsublarına, müharibə veteranlarına diqqət və qayğı göstərən Ulu Öndər həmişə onlarla görüşür, qayğılarını dinləyir və qaldırılan məsələlərin həll edilməsi üçün lazımi tapşırıqlar verirdi.

Bu iş də müasir ordu quruculuğu prosesində Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksələn templə həyata keçirilir. Hərbi qulluqçuların maddi rifah halının yaxşılaşdırılması istiqamətində böyük işlər görülür, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə mütəmadi olaraq fərman və sərəncamlar imzalanır.

Bu məqamda son günlər şahidi olduğumuz iki faktı bir daha oxucularımıza xatırlatmaq istərdim. Ümumilikdə insan fəaliyyətinin bütün sahələrində olduğu kimi, ordu quruculuğu prosesində də zəruri həvəsləndirmə, yüksək sosial-müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının dəstəklənməsi, pensiya təminatı tədbirlərinin təkmilləşdirilməsi və genişləndirilməsi həm ordunun döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına, həm də gənclərin hərbi xidmətə marağının artmasına, hərbi təhsilə cəlb edilməsinə müsbət təsir göstərir.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən xidmət etdiyi qurumdan asılı olmayaraq bütün hərbi qulluqçuların aylıq vəzifə maaşlarının 2024-cü il 1 yanvar tarixindən 20 faiz artırılması da hərbi qulluqçuların sosial müdafiəsinə mühüm töhfədir, hərbçilərə dövlət qayğısının bariz nümunəsidir.

İkinci bir məqam isə Milli Məclisdə müzakirə edilən yeni qanun layihələridir. Təklif edilən yeniliklər hərbi təhsil müəssisələrindən məzun olan zabit və gizirlərin orduda uzunmüddətli xidmətlərinin təmin edilməsini özündə ehtiva edir. Tətbiq ediləcək yeni qanun layihələrində hərbi qulluqçuların xidməti fəaliyyəti, hərbi xidmət mənafeyi nəzərə alınmaqla peşəkar inkişafı, bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə əlavə təhsil imkanlarının daha da genişləndirilməsi nəzərdə tutulub. Əminəm ki, bu addımlar da öz növbəsində orduda xidmətə marağı daha da artıracaq, kadrların peşəkarlığını yüksəldəcək, sosial mühitin sağlamlaşmasına və mənəvi-psixoloji durumun daha da yüksəlməsinə növbəti təkan verəcəkdir.

Bildiyimiz kimi bu gün ölkəmizdə yetərincə ixtisaslaşmış, müasir avadanlıqlarla təchiz edilmiş peşə təmayüllü siniflər, kolleclər mövcuddur və bu təhsil ocaqları müxtəlif peşələr üzrə ixtisaslı kadrlar yetişdirmək imkanına malikdir. Belə təhsil ocaqlarının məzunları olmuş gənclərin də hərbi kolleclərdə təhsilə cəlb edilməsi gələcəkdə əlavə təhsil alaraq öz bilik və bacarıqları ilə ordumuzun inkişafına töhfə verməkdə davam etmələrinə şərait yaradacaq.

Son illərdə əldə etdiyimiz mühüm qələbə və uğurların ən əsas səbəbi, təməli Ümummilli Lider tərəfindən qoyulan proseslərin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla, planlı olaraq davam etdirilməsidir. Ulu Öndərin rəhbərliyi dövründə olduğu kimi, bu gün yenə də ölkəmizdə ordu quruculuğu məsələsi prioritet istiqamət olaraq qalır. Vətən müharibəsi və sonradan keçirilən hərbi əməliyyatlar, o cümlədən cari ilin sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində 30 ilə yaxın erməni işğalı altında qalmış torpaqlarımızın azadlığa qovuşması, ərazi bütövlüyümüzün tam təmin olunması, Şanlı qələbəmizin qazanılması Müzəffər Ali Baş Komandan İlham Əliyevin davam etdirdiyi uğurlu ordu quruculuğu prosesinin ən bariz nümunəsidir.

Uğurla davam etdirilən ordu quruculuğu prosesinin ölkəmizin taleyində rolu və əhəmiyyətindən danışarkən iki məsələyə də toxunmaq istəyirəm. Birincisi təcrübə nəticəsində ordu mənsublarının artan peşəkarlığıdır.

Aprel döyüşlərində, Günnüt əməliyyatında, Tovuz döyüşlərində, düşmənə layiqli cavab verərək peşəkarlığını artıran, qüdrətlənən Ordumuz eyni zamanda böyük döyüş təcrübəsi də qazandı. Mənbəyini Ulu Öndər Heydər Əliyevin qəbul etdiyi ilk qərardan, ilk yenilikdən götürən Ordumuz, Müzəffər Ali Baş Komandanımızın sonradan əlavə etdiyi düzgün qərarlar, atdığı qəti addımlar, həyata keçirdiyi taleyüklü islahatlardan güc alaraq qüdrətli bir qüvvəyə çevrilmişdir.

Bütün bu sadaladığım müsbət uğurların nəticəsidir ki, bu gün Azərbaycan Ordusu Vətənimizə yönələn istənilən təxribatın qarşısını almağa, suverenliyimizə, ərazi bütövlüyümüzə göz dikən düşməni məğlubiyyətə uğratmağa qadir olan gücdür. Düzgün ordu quruculuğu siyasəti nəticəsində ordumuz dünyanın qabaqcıl orduları sırasında öz layiqli yerini tutmuş və bölgənin ən güclü ordusuna çevrilmişdir. Əminliklə deyə bilərəm ki, modernizə olunmuş, yeniliklərə doğru daim irəliləyən qüdrətli Azərbaycan Ordusu sıralarında xidmət etmək hər bir şəxs üçün qürur mənbəyidir. Bu gün ordumuz regionun ən güclü hərbi strukturu, dünya orduları sırasında yüksək yer tutan, vahid mərkəzdən idarə olunan, Vətənimizin müdafiəsində ayıq-sayıq dayanan qüdrətli ordudur. Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, bu gün ordumuz, üç il əvvəl Vətən müharibəsində Zəfər qazanan ordudan daha da güclüdür.

SÖZARDI: Yazını yekunlaşdırarkən Ulu Öndərin böyük pərəstişkarı, ona böyük sevgi, ehtiramla yanaşan və daim onun haqqında qürur, iftixar hissi ilə sözlər söyləyən, xətrini çox istədiyim dostumdan eşitdiyim bir fikri xatırladım. Dostumun Dahi Liderin xatirəsinə həsr olunmuş tədbirdə sitat gətirdiyi “Min qəddi əyən ağır mənəvi yük bir çiyinə düşəndə dahilik yaranır” fikri, düşünürəm ki, Ulu Öndərin böyüklüyü haqqında səslənmiş ən gözəl ifadələrdən biridir.

Bəli. Heydər Əliyevin qüdrəti ondadır ki, xalqın, Vətənin ən dar günündə o çiynini minlərin, on minlərin mənəvi yükü altına cəsarətlə qoydu, bu yükü inamla daşıyaraq uğurlara imza atdı, gənc, müstəqil dövlətimizi uçurumdan xilas etdi və 10 milyonluq Azərbaycan Respublikasını xoşbəxt gələcəyə aparmaq yolunda dönmədən, usanmadan çalışdı, bütün həyatını xalqa xidmət amalına həsr etdi və bundan xoşbəxt olduğunu, qürur duyduğunu daim bəyan etdi.

Dövran dahilər formalaşdırır, yetişdirir. Dahilər isə əbədiləşən tarix yazır. Dövrünün dünya miqyaslı dahisi olan Heydər Əliyev də Azərbaycan xalqının tarixində əbədi bir tarix yazmışdır. Odur ki, tam əminliklə deyə bilərik ki, nə qədər Azərbaycan var, Azərbaycan xalqı var, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsi daim hörmətlə anılacaq, ideyaları gələcək nəsillərə işıq saçacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə “Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə “Gənclik həftəsi” keçirilir

Azərbaycanın güləş üzrə daha bir yığması Avropa çempionu olub

GDU-da tələbələr imtahanların keçirilmə qaydaları barədə məlumatlandırılıblar

Ədəbiyyat Muzeyinin Aran regional filialı “Açıq qapı” günü təşkil edib

GDU-nun Regional Kollecində Məzun günü keçirilib

Azərbaycan gimnastlarının Neftçalada nümunəvi çıxışları olub

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bir sıra qərarlar çıxarılıb

Azərbaycan cüdoçularının dünya çempionatında ilk rəqibləri bəlli olub

Azərbaycan Prezidenti Cənubi Qafqazda söz sahibi olan siyasi liderdir ŞƏRH

FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir

Türkiyə Prezidenti: Su mübahisələri qlobal münaqişələrə səbəb olur

Mil-Muğan regionunda IV sinif üzrə monitorinqdə 7209 şagirdi iştirak edib

Şimal bölgəsi üzrə 8 min 337 şagird monitorinqə cəlb olunub

Solmaz Amanova Azərbaycanı Həştərxan Ədəbiyyat Festivalında təmsil edir

Azərbaycan Beynəlxalq Hərbi İdman Şurasının 79-cu Baş Assambleyasında təmsil olunub

Azərbaycanın həndbol millisi Özbəkistanda üçüncü qələbəsini qazanıb

Qərbi Azərbaycan İcmasında Yunis Rzayevin 100 illiyi qeyd olunub

Qərbin “demokratiya cəngavərləri” və onların yerli “marionet kuklaları”nın nəzərinə

“Rossiya 24” telekanalı Qarabağdan reportaj hazırlayıb

Nazir: Türk İnvestisiya Fondu beynəlxalq təcrübəyə uyğun fəaliyyət göstərəcək

Seneqalın Baş naziri ölkə ərazisində Fransa hərbi bazalarının olmasını tənqid edib

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub YENİLƏNƏCƏK

Ombudsman Masallıda vətəndaşların müraciətlərini dinləyib

Nikol Paşinyan devrilərsə hakimiyyət yenidən “Qarabağ klanı”na təhvil veriləcək ŞƏRH

Aqrar sektorda yeni innovasiyalar tətbiq edən Çex şirkəti Azərbaycana sərmayə qoymaqda maraqlıdır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər  YENİLƏNİB

Üçqat dünya çempionu: Növbəti finalda da Vətənimi layiqincə təmsil edəcəyəm

“Gənc İstedadlar” liseyində Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilib

“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib YENİLƏNİB

Naxçıvanda 5 minə yaxın şagird monitorinqdə iştirak edib

Yerli brendin yaradıcısı: Azərbaycanda qalstukları ən çox qadınlar alır - MÜSAHİBƏ

Pakistanda mikroavtobus dərəyə aşıb, azı 13 nəfər ölüb

Başkent Universitetinin Bakıda nümayəndəliyi açılıb FOTO

Agentlik: IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib

UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək

Naxçıvanda "Mir Kazım ağa" kəhrizi təmir edilib

Prezident İlham Əliyev Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub  YENİLƏNİB

Baş katib: Azərbaycan xizək alpinizmi üzrə Dünya Kubokunu qəbul etməyə tam hazırdır

“Sən həmişə mənimləsən” yenidən Şuşa Teatrının səhnəsində

Nazir: “Azerbaijan Coca-Cola Bottlers”in ikinci müəssisəsinin açılması bölgənin inkişafına töhfə verəcək

Məleykə Abbaszadə: Hər bir uşaq hiss etməlidir ki, evdə ona bəslənilən sevgi imtahanın nəticəsinə görə deyil

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbirlər keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər  YENİLƏNİB

Paytaxt üzrə 50 minə yaxın lV sinif şagirdi imtahan verib

“Kəpəz” – “Zirə” oyununa əcnəbi hakimin təyin edilməməsinin səbəbi məlum olub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşüb

Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyulub YENİLƏNİB

Avropa çempionu olan Azərbaycan güləş yığması Vətənə qayıdıb

“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açır

Keçən il Naxçıvanın büdcəsində gəlirlər üzrə proqnoza 121,1 faiz əməl olunub

Belarus-Azərbaycan münasibətlərinin inkişafını şərtləndirən qarşılıqlı maraqlar ŞƏRH

Hyustonda fırtına nəticəsində ölənlərin sayı yeddiyə çatıb

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub YENİLƏNİB

Cəbrayılın Karxulu kəndinin təməli qoyulub YENİLƏNİB

Azərbaycan nümayəndə heyətinin Mərakeş Krallığına səfəri davam edir

Rumıniya voleybol millisinin baş məşqçisi: Azərbaycan yığması bizə təhlükəli anlar yaşatdı

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub YENİLƏNİB

Azərbaycan atleti 3-cü dəfə dünya çempionu olub

Azərbaycan-Belarus tərəfdaşlığı özünün ən yüksək mərhələsindədir ŞƏRH

Macarıstanın xarici işlər naziri: Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtması vacibdir

Məleykə Abbaszadə: İmtahan modelinin dəyişilməsi üçün əvvəlcə hüquqi addımlar atılmalıdır

Rumıniyalı voleybolçu: Azərbaycan millisinə hörmətimiz sonsuzdur

Ukrayna dağılmış elektrik stansiyalarının bərpasına 38 milyon dollar ayırıb

Daşqınlardan zərərçəkmişlərə yardımlar Braziliya büdcəsinə azı 2 milyard dollara başa gələcək

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Roma Papası iqlim dəyişməsi ilə mübarizədə təcili addımlar atmağa çağırıb

Binəqədi rayonunda usta işlədiyi evlərdən oğurluqlar etdiyi üçün saxlanılıb VİDEO

“Yuğ” teatrı “21:45 qatarı” premyera tamaşasını növbəti dəfə təqdim edib

Şirvanda silsilə oğurluqlar edən şəxs saxlanılıb

Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib

DTX və AKTA Türkiyədə keçirilən kibertəhlükəsizlik konfransında təmsil olunub

Bu il hansı ixtisaslar üzrə keçid balı artacaq?

Əfqanıstanda daşqınlar 50 nəfərin həyatına son qoyub

Azərbaycanda ilk dəfə xizək alpinizmi üzrə Dünya Kuboku keçiriləcək

Zelenski Kiyevə yenidən hücum təhlükəsinə aydınlıq gətirib

Yerli düyüyə tələbat artdıqca, əkin sahələri də genişlənir VİDEO

Xorvatiyada keçirilən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin iclasında iştirakçılar COP29-la bağlı məlumatlandırılıblar

“Qərbi Azərbaycanda kitab və kitabxana mədəniyyəti” - BDU-da elmi konfrans

Məleykə Abbaszadə: XI sinif buraxılış imtahanları ilə bağlı apellyasiyanın nəticəsi ümumi vəziyyəti dəyişməyəcək

Fransa Yeni Kaledoniyada hərbi vəziyyət elan edib

İlyas Əfəndiyevin 110 illik yubileyi “Boy çiçəyi” tamaşası ilə qeyd ediləcək

Azərbaycan Premyer Liqası: İki oyuna əcnəbi VAR hakimi təyin olunub

Müdafiə Nazirliyi: Mayda 254 hektardan çox ərazi minalardan tam təmizlənib VİDEO

DİM rəhbəri müsabiqədə imtahansız iştirak etmək istəyən subbakalavrlara müraciət edib

Dağıstan İƏT ölkələri və Azərbaycana kənd təsərrüfatı məhsullarının ixracını artırmaq istəyir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Səudiyyə Ərəbistanında Ali Səviyyəli Toplantısı keçiriləcək

Məleykə Abbaszadə: Gələn həftə 46 mindən çox abituriyent II və III ixtisas qrupları üzrə imtahan verəcək

Polis əməkdaşları itkin düşmüş şəxsləri taparaq aidiyyəti üzrə təhvil veriblər

Klublardan AFFA-nın qərarına münasibət: Hakimin əcnəbi və ya yerli olması önəm kəsb etmir

Ombudsman “İnsan Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciət yayıb

DİM sədri: Elektron imtahanlar korpusunda 2 gün ərzində 2800 nəfər imtahan verəcək VİDEO

46-cı ICPC dünya finalı iştirakçıları olan ADA komandasının mükafatlandırılması keçirilib

Son bir həftə ərzində Xankəndidə 43 avtomat silahı aşkarlanaraq götürülüb

“Rusiya-İslam dünyası” forumunda “Şimal-Cənub” dəhlizinin inkişafı müzakirə olunub

Milli Məclisin sədri gender bərabərliyinin təminində qarşıya çıxan problemlərdən danışıb

Azərbaycan millisinin voleybolçusu: Bu cür turnirlər komandanın inkişafına müsbət təsir edəcək

Rüstəm Hüseynov Bakıdakı Rus evində yeni mühazirə oxuyub

BMA-da “İqlim dəyişmələri” haqqında müzakirə aparılıb

Hindistanda avtobusun yanması nəticəsində doqquz nəfər ölüb