Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan ilə Avstriya arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə Avstriya arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlıq müzakirə olunub

Bakı, 17 iyul, AZƏRTAC

Azərbaycanda səfərdə olan Avstriya Respublikasının ailə və gənclərlə iş üzrə naziri Sofi Karmazinin başçılıq etdiyi nümayəndə heyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) görüş keçirilib. Nümayəndə heyətinə Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti Gerald Gerstbauer, Avstriya federal nazirinin kabinet rəisi Maria Han-Blaybtroy, federal nazirin kabinetinin Avropa İttifaqı (Aİ) və beynəlxalq əlaqələr üzrə əməkdaşı Ştefani Qnesda daxildir.

AZƏRTAC xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizin dinamik və hərtərəfli inkişafı barədə nümayəndə heyətinə məlumat verib. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların dünyada mürəkkəb siyasi və iqtisadi proseslərin yaşandığı son dövrdə ölkə iqtisadiyyatında uğurlu iqtisadi şaxələndirmə şəraitində sabit iqtisadi artıma imkan yaratdığını vurğulayıb: “Bu müsbət dinamika 2017-ci ildə də davam edir. Cari ilin ilk yarımilində ölkədə qeyri-neft iqtisadiyyatında 1,7 faiz, o cümlədən qeyri-neft sənayesində 4,4 faiz artıma, kənd təsərrüfatında 2,2 faiz artıma, ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulmasına nail olunub. Son 6 ayda ixracın 36 faiz, o cümlədən qeyri-neft ixracının 27 faiz artdığı respublikada əmək bazarında inkişafın və məşğulluğun təminedici faktoru kimi iş yerlərinin daimi artımı prosesi də davam edir. Bu ilin ilk yarısında ölkəmizdə əlavə olaraq 122 min yeni iş yeri açılıb. Dayanıqlı sosial-iqtisadi tərəqqini təmin etməyə, əhalinin gəlirlərinin davamlı artımını stimullaşdırmağa yönələn kompleks tədbirlər, ölkədə yoxsulluq və işsizliyin 5 faiz ətrafında olmasına imkan verib”.

S.Müslümov ölkədə əmək və sosial müdafiə sahələrinin qabaqcıl dünya təcrübəsinə uyğunlaşdırılması istiqamətində son illər aparılan islahatlar, bu sahələrdə avtomatlaşdırılmış sistemlər barədə məlumat verib, İKT-nin tətbiqi sahəsində əldə olunmuş bu təcrübələrin beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyini qeyd edib: “Nazirliyin fəaliyyət sahələrinin elektron infrastrukturunun qurulması bu sahələr üzrə əhaliyə xidmətlərin elektron müstəvidə və şəffaf şəkildə təqdim olunmasına şərait yaradıb. Təkcə bu ilin ilk yarımilində həmin e-xidmətlərdən 5,2 milyon dəfə istifadə edilib. Bizim dünyada maraqla qarşılanan e-sistemlərimizdən biri də Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemidir. 2014-cü ilin iyulundan tətbiq olunan və 8,8 milyon dəfədən çox müraciətin qeydə alındığı bu e-sistem əmək bazarının dəqiq uçotunu aparmağa imkan verməklə, işçi və işəgötürənlərin qanuni mənafelərinin təminatı üçün əsaslı hüquqi təminat formalaşdırıb”.

Fəal əmək bazarı proqramlarının daim genişləndirildiyini vurğulayan S.Müslümov dövlət başçısının müvafiq Sərəncamı ilə icra olunan özünüməşğulluq proqramı barədə məlumat verib. Nazir bu proqramın ölkədə ailə əməyinə əsaslanan fərdi təsərrüfatların artmasına, aztəminatlı ailələrin gəlir və biznesə çıxış imkanlarına yiyələnmələrinə istiqamətləndiyini, proqram çərçivəsində bu günədək artıq 820 ailənin aktivlərlə təmin olunduqarını diqqətə çatdırıb.

Eyni zamanda, aztəminatlı ailələrin sosial yardım proqramı ilə əhatə olunduqlarını qeyd edən nazir Azərbaycanda gender bərabərliyinin təmin edilməsi sahəsində də fəal siyasətin həyata keçirildiyini vurğulayıb. S.Müslümov bildirib ki, Azərbaycan gender bərabərliyi ilə bağlı bütün mühüm beynəlxalq Konvensiyaları ratifikasiya edib: “Ölkədə inkişaf proseslərində qadınların da fəal iştirakına şərait yaradılıb və ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatda qadınların rolu daim artır. Əmək və məşğulluq sahəsində ayrı-seçkiliyə yol verilməsi qanunla qadağan edilir və belə hallara yol verən işəgötürən qanunla məsuliyyət daşıyır”.

Ölkəmizin gənclərlə bağlı fəal dövlət siyasətinin həyata keçirildiyini vurğulayan nazir bildirib ki, gənclərin səmərəli məşğulluğunun təminatı da bu siyasətin əsas hədəflərindəndir. Qeyd olunan sahədə aparılan işlərin müsbət nəticəsi kimi, bu gün Azərbaycan gənclər arasında işsizlik səviyyəsinin ən aşağı səviyyədə olduğu ölkələr sırasındadır.

Azərbaycan ilə Avstriya arasında ikitərəfli əlaqələrin getdikcə genişləndiyini bildirən S.Müslümov bu münasibətlərin əmək və sosial müdafiə sahəsini də əhatə etdiyini vurğulayıb. Nazir ötən dövrdə formalaşan əməkdaşlıq təcrübəsindən bəhs edərək, xüsusilə son illərdə əməkdaşlıq şəraitində birgə icra olunan “Sosial xidmətin inkişafı” Tvinninq layihəsini diqqətə çatdırıb: “Ölkəmizdə sosial xidmətlərin qabaqcıl Avropa təcrübəsinə uyğun təkmilləşdirilməsi, “Sosial xidmətin inkişafı Strategiyası”nın layihəsinin hazırlanması, sosial xidmətlərdə yeni “Sosial iş” modelinin tətbiqi kimi önəmli sahələrdə Avstriyanın aidiyyəti qurumları ilə əməkdaşlıq şəraitində əhəmiyyətli işlər aparılıb”.

S.Karmazin və nümayəndə heyətinin üzvləri iki ölkə arasında əlaqələrin inkişafından məmnunluqlarını ifadə edib, Azərbaycanda əmək və sosial müdafiə sahələrində aparılan islahatları, habelə sosial-iqtisadi inkişaf proseslərində qadınların kişilərlə bərabərhüquqlu iştirakının təmin olunması, gənclərin məşğulluğu istiqamətində görülən işləri yüksək dəyərləndiriblər. Onlar ölkələrimiz arasında ötən dövrdə əldə edilən əməkdaşlıq təcrübəsinin gələcəkdə daha da genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.

Görüşdə əmək və sosial müdafiə sahələrində gələcək əməkdaşlıq istiqamətlərinə, habelə gender bərabərliyi mövzusuna dair müzakirələr aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO