DÜNYA
Batumidəki oteldə baş verən yanğında azərbaycanlıların xəsarət alıb-almadıqları araşdırılır
Tbilisi, 24 noyabr, AZƏRTAC
Batumidə “Leogrand” hotelində baş verən yanğında azərbaycanlıların xəsarət alıb-almadıqları araşdırılır.
Azərbaycanın Batumidəki Baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, hazırda konsulluğun əməkdaşları hadisə yerindədirlər və vəziyyətlə maraqlanırlar.
Qeyd edək ki, bir neçə saat əvvəl Batumidəki “Leogrand” otelində yanğın baş verib. Yanğının otelin mətbəxindən başladığı bildirilir. Qəza nəticəsində xəsarət alanlar var. Son məlumatlara görə, yanğında ölənlər də var.
Oteldə olan “Miss Gürcüstan - 2017” müsabiqəsinin iştirakçılarından xəsarət alan olmayıb.
Oteldəki sakinlər təxliyə olunublar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:05]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]