ELM VƏ TƏHSİL
160 nömrəli Klassik Gimnaziyada son zəng çalınıb
Bakı, 13 iyun, AZƏRTAC
İyunun 13-də Bakıdakı 160 nömrəli Klassik Gimnaziyada “son zəng” mərasimi keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə gimnaziyanin direktoru Faina Ələkbərova şagirdlərin yerli və beynəlxalq olimpiadalarda qazandıqları uğurlarından danışıb. Bildirilib ki, bu təhsil müəssisəsində 2.300-dən çox şagird təhsil alır. Onlardan 130-u bu il məzun adını qazanır.
Təhsil nazirinin müavini Ceyhun Bayramov “son zəng” münasibətilə məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Məzunların həyatında yeni mərhələnin başlandığını deyən C.Bayramov onların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq ölkəmizin gələcək inkişafı naminə atılan bütün addımlarda təmsil olunacaqlarına əminliyini vurğulayıb.
Sonra tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiya ilə davam etdirilib.