REGİONLAR
ADAU-nun bir qrup əməkdaşı Kazan Dövlət Aqrar Universitetinə səfər edib
Gəncə, 28 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Beynəlxalq şöbənin müdiri Küşvər Məmmədova və Baytarlıq fakültəsinin baş müəllimi Qulam Əlverdiyevdən ibarət nümayəndə heyəti Kazan Dövlət Aqrar Universitetində (KDAU) səfərdə olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərin əsas məqsədi universitetin fəaliyyəti ilə yaxından tanış olmaq, eyni zamanda, təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlığı genişləndirmək, o cümlədən bitki mühafizəsi və seleksiya sahəsində birgə mexanizmin yaradılması yolu ilə elmi-tədqiqat layihələrini həyata keçirmək olub.
Qonaqlar Kazan Dövlət Aqrar Universitetinin Mexanikləşdirmə, Aqrobiotexnologiya və Torpaqdan İstifadə İnstitutunun laboratoriyalarında və tədris korpuslarında olublar.
Səfər zamanı birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.