Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

2023-cü il Azərbaycanın sığorta sektoru üçün yeni imkanlar və rekordlar ili olacaq - MÜSAHİBƏ

2023-cü il Azərbaycanın sığorta sektoru üçün yeni imkanlar və rekordlar ili olacaq - MÜSAHİBƏ

Bakı, 28 dekabr, AZƏRTAC

Sığorta sektoru maliyyə dayanıqlılığının və iqtisadi təhlükəsizliyin təmin edilməsi yollarından biri olmaqla, bir növ ehtiyatlılıq tədbiridir. Sığorta mexanizmi bütün ölkələrdə müxtəlif formalarda tətbiq edilir. Azərbaycan Sığortaçılar Assosiasiyası daha bir ili geridə qoyur. Ötən hesabat ilində sığorta sektoru bir çox yeniliklərlə yadda qaldı. Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev sığorta bazarının hazırkı durumu, dəyişikliklər, bu il üçün hədəflərlə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Elmar müəllim, yerli sığorta bazarı 2021-ci ildə rekord böyümə ilə ümumi daxili məhsuldakı payını yüksəltmişdi. Artıq 2022-ci il sona çatır. Başa çatmaqda olan il sığorta bazarı üçün hansı statistik nəticələrlə yadda qaldı?

- İlk növbədə, əminliklə qeyd etmək istəyirəm ki, 2022-ci il yerli sığorta bazarı üçün böyümə və inkişaf elementləri fonunda uğurlu və yaddaqalan oldu. 2021-ci ildə də sığorta sektorunda müsbət nəticələr qeydə alınıb. Belə ki, sığorta yığımları 16 faiz artımla 844 milyon manata çatıb. Bu, rekord nəticə idi. Çünki bilavasitə bunun sayəsində sığorta sektorunun ümumi daxili məhsuldakı payı 1 faizə yüksəlmişdi. Hələ ilin əvvəlindən bu nəticələrə əsaslanaraq, 2022-ci illə bağlı verdiyimiz proqnozlar da il ərzində özünü doğrultdu. Belə ki, ilin əvvəlindən yığımlarda ötən illərdən fərqli olaraq volatillik yox, davamlı böyümə qeydə alındı. Cari nəticələrə nəzər salsaq, Azərbaycan Mərkəzi Bankı tərəfindən açıqlanmış ən son sığorta icmalına görə, yanvar-oktyabr aylarında sığorta yığımları 2021-ci ilin analoji dövrü ilə müqayisədə 92 milyon manat artaraq 797 milyon manat təşkil edib. Maraqlıdır ki, bu artımda icbari sığorta növləri ilə yanaşı, könüllü sığorta növləri də aktiv rol oynayıb. Hesabat dövründə yığımlarında ciddi artım olan sığorta növləri sırasında həyatın yaşam sığortası (artım 104 milyon manat), tibbi sığorta (artım 8,3 milyon manat), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (artım 7,8 milyon manat), istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (artım 6,1 milyon manat), kasko sığorta (artım 2,2 milyon), səfər sığortası (artım 1,8 milyon manat) və s. sığorta növlərini misal göstərə bilərik. Haqqında danışdığımız 10 aylıq sığorta icmalına görə, sığorta ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə 42 milyon manat azalaraq 359 milyon manat olub. Bu da o deməkdir ki, sığortalı predmetlərdə hadisələrin sayı azalıb. Hadisələrin sayının azalması isə sığortalıların qarşısıalınma tədbirlərinə daha ciddi və daha məsuliyyətli riayət etməsi ilə bilavasitə bağlıdır.

- İl ərzində sığorta sektorunun inkişafının təmin edilməsi və boşluqların aradan qaldırılması məqsədilə nə kimi addımlar atılıb?

- 2022-ci ildə sektorun dayanıqlı inkişafı məqsədilə Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu bir sıra məqsədyönlü tədbirlər həyata keçirdi. Belə ki, bu istiqamətdə mən həm sektorun inkişafına maneə yaradan halların aradan qaldırılması ilə bağlı qanunvericiliyə dəyişiklik layihələrinin hazırlanmasını, eyni zamanda, konkret sığorta növlərinin inkişafı üçün həyata keçirilən mütərəqqi tədbirləri vurğulaya bilərəm. İl ərzində ASA olaraq sektorda kadr potensialının formalaşdırılması və təlim-tədris prosesinin təşkili məqsədilə aparıcı ali təhsil ocaqları olan Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə qarşılıqlı əməkdaşlıqlar qurduq. Böyük sevinc hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan Dövlət İqtisad Universiteti ilə qurduğumuz əməkdaşlığa görə, ölkədə ali təhsil səviyyəsində sığorta ilə bağlı sistemli təhsilin bərpasına nail ola biləcəyik. Belə ki, ilk növbədə, universitetin tərkibində fəaliyyət göstərən Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində mövcud olan, lakin fəaliyyət göstərməyən sığorta bölməsinin fəaliyyətini universitetlə birgə təşkil edəcəyik. Bununla da yerli sığorta bazarında fəaliyyət göstərən peşəkar sığorta mütəxəssisləri də pedaqoji fəaliyyətə cəlb ediləcək. Artıq 2023-cü ildən tədris planının hazırlığına başlamağı nəzərdə tuturuq.

Paralel olaraq, sığorta sektorunda rəqəmsal transformasiya prosesinin sürətləndirilməsi, eyni zamanda, kibertəhlükəsizlik imkanlarının genişləndirilməsi, o cümlədən sahibkarların sığortaya cəlb olunması istiqamətlərində də müxtəlif dövlət və özəl təşkilatlarla görüşlər keçirərək birgə əməkdaşlıq istiqamətlərini müəyyənləşdirdik. Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycanın sığorta bazarında son illər yaranmış canlanma və böyümə, rəqəmsal sığorta sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların diqqətini çəkib. Assosiasiyamıza bununla bağlı saysız müraciətlər daxil olur. ASA olaraq müvafiq müraciətlərdəki təkliflərin bazara uyğunluğunu müəyyənləşdirmə mərhələsindəyik. 2023-cü ildə ən uğurlu təklifin yerli bazarda tətbiqini həyata keçirəcəyik. Cari il ərzində ASA olaraq sektordakı problemlərin həllinin sürətləndirilməsi və cari vəziyyətin əsaslı təhlili məqsədilə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə də görüş keçirdik. Görüşdə sektoru narahat edən məsələlər və əhalinin sığortaya əlçatanlığının təmin olunması ilə bağlı mümkün imkanlar geniş müzakirə edildi. Bu görüş ilə biz Milli Məclisin sığorta sektoruna diqqətinin və həssas yanaşmasının şahidi olduq. Müvafiq görüşdə əldə olunan razılığa görə, Milli Məclisin komitə iclaslarında sığorta ilə bağlı məsələlər müzakirə ediləcəyi təqdirdə parlamentdə sığorta sektorunu Azərbaycan Sığortaçılar Assosiasiyası təmsil edəcək.

Həyata keçirilən mütərəqqi yeniliklərdən biri də məhz avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü ilə bağlı oldu. Belə ki, bildiyiniz kimi, cari il oktyabrın 1-dən etibarən adı çəkilən sığorta növü üzrə baza sığorta haqqı sabit qalmaqla risk əsaslı yeni əmsalların tətbiqinə başlandı. Bu yeniliklə ədalətlilik prinsipi təmin olundu və dövrün aktual riskləri mövcud reallığa uyğunlaşdırılmaqla qiymətləndirilməyə başlandı. Adıçəkilən növlə bağlı daha bir yenilik isə 2022-ci il noyabrın 1-də tətbiq olundu. Bu, zərərlərin birbaşa tənzimlənməsi mexanizmidir. Biz sığortaçılar bu yeniliyi sığorta sektorunda yeni bir eranın başlanğıcı olaraq dəyərləndiririk. Belə ki, noyabrın 1-dək tətbiq edilən qaydalara əsasən, hadisə nəticəsində zərər görmüş avtomobilin zərərini zərərvuran avtomobilin sığortalandığı şirkət qarşılayırdı. Amma noyabrın 1-dən etibarən tətbiq olunan zərərlərin birbaşa tənzimlənməsi mexanizmi ilə isə hadisə nəticəsində zərər görmüş avtomobilin sahibi artıq öz sığorta şirkətinə müraciət edib zərərini qarşılaya bilir. Hesab edirik ki, bu yenilik həm müştəri məmnuniyyətinin yüksəldilməsinə, həm də sığorta şirkətləri arasında rəqabətin canlanmasına səbəb oldu.

Onu xüsusilə vurğulamaq istəyirəm ki, bu gün sığorta sektorunda müşahidə edilən canlanma və inkişaf bu sektora nəzarətedici qurum olan Azərbaycan Mərkəzi Bankı ilə bilavasitə bağlıdır. Çünki məhz Mərkəzi Bankın həyata keçirdiyi mütərəqqi və məqsədyönlü nəzarət və tənzimləmə tədbirləri nəticəsində, eyni zamanda, Azərbaycan Sığortaçılar Assosiasiyasının dəstəkverici addımları sayəsində sektorda yeni inkişaf meyilləri formalaşır, bazar iştirakçılarının fəaliyyəti və xidmət keyfiyyəti beynəlxalq çağırışlara uyğunlaşdırılır.

- Bu gün sahibkarların və əhalinin sığorta məlumatlılığını necə dəyərləndirirsiniz? Sığorta savadlılığının artırılması ilə bağlı hansı addımlar atılır?

- Çox maraqlı məqama toxundunuz. Həqiqətən də bu gün istənilən xidmət sahəsi ilə bağlı əhalidə və sahibkarlıq subyektlərində məlumatlılığın və maarifləndirmənin təmini prioritet istiqamət olmalıdır. Bu gün yerli əhalinin və sahibkarların sığorta ilə bağlı məlumatlılığı və yanaşması bizi qane etmir. Biz sığortaçılar mövcud və potensial sığortalılarda məhdud məlumatlılıqla yanaşı, sığorta xidmətlərinə qarşı konspirativ və konservativ yanaşmanı da müşahidə edirik. Lakin sevindirici haldır ki, mövcud yanaşma mərhələli şəkildə aradan qaldırılır və məlumatlılıq təmin olunur. Çünki bildiyiniz kimi, 2020-ci ildə Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum imzalanmışdı. Müvafiq sənədə əsasən, 2021-ci ildən etibarən memorandum tərəfləri ilə sığorta şirkətləri birlikdə ölkə ərazisində sığorta savadlılığının artırılması ilə bağlı layihənin icrasına başlayıb. 2021-ci ildə ölkə əhalisində risk fərqindəliyinin formalaşdırılması, risklərin tənzimlənməsində sığorta mexanizminin rolu istiqamətində geniş təbliğat tədbirləri keçirildi. Nəticədə sektorda böyümə trendi təmin olundu. Müvafiq layihə çərçivəsində 2022-ci ildə daha çox konkret sığorta növləri üzrə maarifləndirmə işləri aparıldı. Burada biz daşınmaz əmlakın icbari sığortası və kasko sığortası növlərini misal göstərə bilərik. Bildirmək istəyirəm ki, müvafiq layihə 2023-cü ildə də davam etdiriləcək və əhali ilə yanaşı, biznes subyektləri də sığortanın vacibliyi və əhəmiyyəti ilə bağlı məlumatlandırılacaqlar.

Onu da xüsusi olaraq vurğulamaq istəyirəm ki, sahibkarlarda sığorta vərdişlərinin formalaşdırılması və onların sığorta məlumatlılığının təmin olunması yönündə də ciddi addımlar atırıq. 2022-ci ilin dekabrında ASA ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi arasında baş tutan görüşdə də hər iki qurum sahibkarların sığortaya cəlb edilməsi ilə bağlı birgə layihələrin icra olunması ilə bağlı razılığa gəldi. 2023-cü ildə KOBİA ilə birlikdə xüsusilə regionlarda fəaliyyət göstərən sahibkarların sığortaya əlçatanlığının təmin olunması ilə bağlı müxtəlif genişmiqyaslı layihələr həyata keçirəcəyik.

- Yerli sığorta bazarının hazırkı beynəlxalq əməkdaşlıq siyasəti necə səciyyələndirilə bilər?

- Yeni inkişaf meyillərinin müəyyənləşdirilməsi üçün beynəlxalq trendlərin izlənilməsi və dünya təcrübəsinin mütəmadi olaraq öyrənilməsi vacib amildir. Bu istiqamət biz sığortaçılar üçün də prioritetdir. Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq hələ 2020-ci ildə qardaş Türkiyə ilə sığorta sahəsində qurduğumuz əməkdaşlığı 2022-ci ildə daha da inkişaf etdirdik. Belə ki, Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Türkiyə Sığorta Birliyinin birgə təşəbbüsü və ortaq razılığı, eyni zamanda, təşkilatçılığı ilə 2022-ci ilin may ayında İstanbulda təşkil olunmuş Beynəlxalq Sığorta Konqresinin Zirvə toplantısında Azərbaycanın, Türkiyənin, Özbəkistanın, Qazaxıstanın və Qırğızıstanın sığorta birlikləri rəhbərlərinin iştirakı ilə dünyada ilk dəfə Türk Dünyası Sığorta Birliyi təsis edildi. ASA bu Birliyin Yol xəritəsini hazırladı və bu strateji fəaliyyət xəritəsi yeni yanaşmalara imkan yaratdı. Belə ki, Birliyə üzv ölkələrin başlıca məramı və istəyi Türk Dünyası Sığorta Birliyinin Türk Dövlətləri Təşkilatının tərkib hissəsi kimi fəaliyyət göstərməsinin təmin edilməsi yönündədir. Bununla əlaqədar olaraq Birliyin Nizamnaməsi də hazırlanır. Bu Nizamnamə ilə yanaşı, Yol xəritəsi də 2023-cü ilin mart ayında Türkiyənin Antalya şəhərində keçiriləcək Beynəlxalq Sığorta Konqresində beş türkdilli ölkənin sığorta birliklərinin iştirakı ilə müzakirə ediləcək. Qeyd etmək istəyirəm ki, Türk Dünyası Sığorta Birliyinin başlıca məqsədi birliyə üzv olan türkdilli dövlətlərin sığorta bazarları arasında əlaqələr qurmaq, kadr, təcrübə və məlumat mübadiləsi aparmaq, təkrarsığorta üzrə əməkdaşlıqları inkişaf etdirmək və ortaq sığorta hovuzunu təşkil etməkdən ibarətdir.

Yerli sığorta bazarının beynəlxalq əməkdaşlıq əlaqələri təbii ki, bununla da yekunlaşmır. Qürur hissi ilə bildirmək istəyirəm ki, hələ ötən il Azərbaycan Sığortaçılar Assosiasiyası ilk dəfə olaraq nüfuzlu beynəlxalq sığorta təşkilatlarına - Sığorta Assosiasiyaları Qlobal Federasiyasına və “Insurance Europe” təşkilatına üzv seçilmişdi. Assosiasiya olaraq bu təşkilatların toplantılarında mütəmadi qaydada aktiv iştirak edir, dünya trendləri ilə yaxından tanış oluruq.

- Sığorta sektoru olaraq 2023-cü ildən başlıca gözləntiləriniz, hədəfləriniz və proqnozlarınız nədən ibarətdir?

- Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiqləndi. Strategiyaya əsasən, yerli sığorta bazarının 2022-2026-cı illərdə böyümə hədəfi 10 faiz həcmində müəyyənləşdirilib. 2021-ci ildə böyümə 16 faiz həcmində qeydə alındı. Hesab edirəm ki, 2022-ci ilin ümumi cari illik nəticələri açıqlanarkən böyümənin yenə 10 faizi ötəcəyini müşahidə edə bilərik. Çünki müsahibə ərzində də qeyd etdiyim kimi, yerli sığorta bazarı yeni və dayanıqlı inkişaf mərhələsindədir və sektorda davamlı artım trendi tam təmin olunmuş vəziyyətdədir. 2023-cü il Azərbaycanın sığorta sektoru üçün yeni imkanlar, yeni irəliləyiş göstəriciləri və yeni müsbət rekordlar ili olacaq. Sevindirici haldır ki, ölkədə sığorta vərdişləri tədricən və mərhələli şəkildə davamlı olaraq formalaşır. Əksər vətəndaşlarımız artıq qəbul edirlər ki, risk qaçılmazdırsa, sığorta da inkarolunmazdır. Çünki həyat sığorta ilə rahatdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıb

Bu il ekoloji hüquqpozma faktları üzrə 25 cinayət işi başlanılıb

Latviyalı gimnast: Azərbaycan idmançılarını özümə əsas rəqiblərdən hesab edirəm

Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir - ŞƏRH

Viktor Orban: Avropa liderləri odla oynayırlar

Bakı Forumunun iştirakçıları Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında olublar

Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal miqyasda təşviq edir ŞƏRH

Hicran Hüseynova: Medianın cəmiyyətdə əhəmiyyəti çox böyükdür

Şəhid övladları intellektual oyunda biliklərini sınayıblar

ATMU tələbələri peşəkar bacarıq və karyera imkanlarından faydalanmaqda maraqlıdırlar

HƏMAS İsrailin Qəzzada atəşkəs barədə təklifini nəzərdən keçirir

"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb

“Qiraət axşamı”da Məhəmməd Füzulinin qəzəlləri səslənib

Nazir: Son 5 ildə Azərbaycanda minimum pensiya 2,5 dəfə artıb

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilir

Komitə sədri: Cinayət törədən və ya cinayətə məruz qalmış uşaqlarla bağlı xəbərlərin yayılmasında xüsusi yanaşma lazımdır

Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açılıb

Sahil Babayev: Müharibə iştirakçılarına dəstək tədbirlərinin artırılması planlaşdırılır

® Yüksək faizli depozit kampaniyası davam edir

Alimlər oranqutanqın bitki ilə yaraları müalicə etməsini öyrənir

Gələn ay müəllimlərin sertifikatlaşdırılması imtahanı keçiriləcək

Mayın 15-dən iyunun 15-dək respublika ərazisində “Təmiz hava” aylığı keçiriləcək

“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib

Xalq artisti Ramiz Quliyevlə gənclərin görüş-konserti olub

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

Milli Xalça Festivalı ilə əlaqədar İçərişəhərə giriş məhdudlaşdırılacaq

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib

Polkovnik: Dünənki Sərəncam bütün veteranlara olan diqqət və qayğının təzahürüdür

İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək

Nazir: Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir

Tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılır

Ruandada güclü yağışlar nəticəsində 50-yə yaxın insan həlak olub

İcraçı direktor: Azərbaycan jurnalistikaya olan ictimai etimadın daha da möhkəmləndirilməsində maraqlıdır

Birinci siniflərə qəbul üçün yaradılan alternativ qeydiyyat mərkəzlərində 767 valideynə dəstək göstərilib

Əhməd İsmayılov: Ölkəmizdə medianın obyektiv və qərəzsiz məlumat hazırlaması üçün hər cür şərait yaradılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri növbəti medalı qazanıblar

Bu gündən birinci siniflərə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başlanır

BANM ilə Daşkənd Kimya Texnologiya İnstitutu arasında əməkdaşlıq imkanları genişlənir

“Mahşərəf Məsturənin poeziyası” kitabı çapdan çıxıb

Paris Olimpiadasında qaçqınlar yığması ilk dəfə öz loqosu ilə yarışacaq

BMT 2026-cı ili “Beynəlxalq Qadın Fermerlər İli” elan edib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir

İrandan Azərbaycana 87 kiloqram narkotik vasitə gətirən Neftçala rayon sakini saxlanılıb VİDEO

Bu gün Xalq artisti Kamal Xudaverdiyevin doğum günüdür

Qızıl medal qazanan avarçəkən: Növbəti yarışlarda da birinci olmağa çalışacağam

Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

Laçının Sus kəndinə köç prosesi ilə əlaqədar keçirilən püşkatmada yaranan narazılığa aydınlıq gətirilib

Pakistanda avtobus qəzası nəticəsində 15 nəfər ölüb

DİN: Ötən gün 20 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Ali təhsil müəssisələrinə qəbul imtahanına abituriyentlərin qeydiyyatı sona yaxınlaşır

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

“Xələfli” sərhəd zastavası əsaslı təmirdən sonra istifadəyə verilib VİDEO

Nasist liderin yaşadığı evdən 5 skelet tapılıb

BDU-nun Astrofizika kafedrası: G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb

Ağdamda avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunub

Hüquq müdafiəçisi: Azərbaycan mədəniyyətlərarası dialoq məkanıdır

Braziliyada daşqınlar 30 nəfərin həyatına son qoyub

İspaniyada tapılan qılıncın mədəni mənsubiyyəti sübut edilib

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-da aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar