TARİXDƏ BU GÜN


5 OKTYABR

A+ A

1966-cı il. 1966-cı ildə UNESCO-nun və Beynəlxalq Əmək Təşkilatının təşəbbüsü ilə keçirilən konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanıb. 1994-cü ildən isə həmin tarix UNESCO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyinə, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutur. Hazırda dünyanın 100-dən çox ölkəsində geniş qeyd olunur. Lakin bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə Müəllimlər Günü qeyd edilir.

1896-cı il. Almaniyalı fizik Vilhelm Rentgen yeni elektromaqnit dalğalarını kəşf edib. Bu dalğalar sonradan “Rentgen şüaları” adlandırılıb. V.Rentgen bu kəşfinə görə 1901-ci ildə Nobel mükafatına layiq görülüb.

1921-ci il. Londonda ingilis yazıçısı Katerina Ami Davson Skot və Con Qolsuorsi tərəfindən bütün dünya yazıçı və şairlərini birləşdirən təşkilat – PEN təsis edilib. Təşkilatın yaradılmasının əsas məqsədi dünyada yazıçılar arasında dostluq və əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdir. Hazırda assosiasiyanın yüzdən çox ölkədə PEN mərkəzləri (klubları) fəaliyyət göstərir. 

1944-cü il. Fransada qadınlara ümumi seçki hüququ verilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
10.12.2016 [09:00]
09.12.2016 [09:00]
08.12.2016 [09:00]
07.12.2016 [09:00]