DÜNYA
ABŞ universitetlərində kriptovalyuta sahəsində tədqiqatlar aparılır
Bakı, 1 avqust, AZƏRTAC
ABŞ universitetlərində kriptovalyuta (virtual pul) sahəsində tədqiqatlar aparılır. Bu məqsədlə Milli Elm Fondu tərəfindən 3 milyon dollar məbləğində qrant ayrılıb.
AZƏRTAC “Payspacemagazine” saytına istinadən xəbər verir ki, Karnegi Mellon, Merilend və Kaliforniya universitetləri diqqəti tədqiqatlarla yanaşı, yeni kriptovalyuta sistemlərinin öyrənilməsinə yönəldəcək. Maliyyə vəsaitlərindən layihədə iştirak edən tədqiqatçıların dəstəklənməsi üçün istifadə olunacaq. Tədqiqat prosesində tranzaksiyaların miqyasının genişləndirilməsinə, son istifadəçi üçün məxfiliyin və funksionallığın artırılmasına imkan verən yeni sistemlərin yaradılması planlaşdırılır. Tədqiqatçılar Merilend Universitetinin əvvəlki elmi işlərindən faydalanacaqlar.
İyunda Merilend Universiteti ilə Karnegi Universiteti birgə bildirişlərin göndərilməsi üçün mühafizəli sistemin yaradılması üzərində işi başa çatdırıblar. Hazırda məxfi saxlanılan layihədə bəzi tamamlama işləri aparılır. Layihənin maliyyələşdirilməsi təşəbbüsü məqsədi rəqəmli mühitdə kibertəhlükəsizlik və məxfiliyin inkişafı olan "Secure and Trustworthy Cyberspace Program”a məxsusdur.