CƏMİYYƏT


ATU-nun Tədris Cərrahiyyə Klinikasında üst dodağın rezeksiya əməliyyatı aparılıb

Bakı, 10 may, AZƏRTAC 

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının ağız və üz-çənə cərrahiyyəsi kafedrasının elmi-praktik istiqamətlərindən biri anadangəlmə və qazanılma qüsurların aradan qaldırılmasıdır. Üz-çənə nahiyəsində müxtəlif səbəblərdən yaranan toxuma qüsurlarının aradan qaldırılması zamanı istifadə olunan müxtəlif növ dilimlər bərpaedici əməliyyatların effektivliyini artırır.

AZƏRTAC xəbər verir ki, ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri Məhəmməd Davudov işlədiyi Tədris Cərrahiyyə Klinikasının həkimləri tərəfindən bu yaxınlarda icra olunan belə əməliyyatlardan biri barədə ATU-nun mətbuat xidmətinə məlumat verib.

Həkim deyib: “Xəstəmizdə üst dodağın törəməsi ilə əlaqədar olaraq üst dodaq tam şəkildə rezeksiya olunub. Əməliyyat klinikanın həkim travmatoloqu və əl cərrahiyyəsi üzrə ixtisaslaşmış doktor Nicat Səttarovun iştirakı və dəstəyi ilə həm funksional, həm də estetik baxımdan qənaətbəxş nəticələnib”.

Qeyd edək ki, üz-çənə nahiyəsinin şişləri zamanı icra edilən cərrahi əməliyyatlar ilə əlaqəli diqqətə alınacaq dərəcədə fəsadlaşmalar vardır. Ümumi fəsadlaşmalar orqanizmin çoxsaylı sistemlərinə təsir etdiyi halda, spesifik fəsadlaşmalar dilimin alındığı və yerləşdirildiyi sahələrdə özünü büruzə verir. Buna rəğmən, danışıq və udqunma başda olmaqla, oral funksiyaları optimallaşdırmaq və deformasiyaların qarşısını almaq məqsədilə ağız boşluğu, üz və çənələrin rekonstruksiyası mühümdür.

Ağız boşluğu xərçəng xəstəliyi həm xəstələrə, həm də həkimlərə əhəmiyyətli dərəcədə təsir göstərən adi olmayan bədxassəli şişdir. Hazırda mövcud müalicə standartlarına cərrahi üsul və xarici adyuvant şüa terapiyası daxildir. Rekonstruksiya və reabilitasiya üsullarının yaxşılaşdırılmasında böyük nailiyyətlər xəstəliyin xüsusi nəticəsinə və həyat keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərib.

Uğurlu rekonstruksiyanın məqsədlərinə ağız boşluğunun normal funksiyasını yenidən bərpa etmək, qənaətbəxş edən kosmetik nəticə və tez və diqqətli müşahidə daxildir. Ağız boşluğu şişləri bir neçə kritik sahələri əhatə edə bildiyindən (məsələn, alt çənə, paranazal sinuslar, orbita və almacıq sümüyünün əsas nahiyyəsini) və əhəmiyyətli dərəcədə hava yolları, danışma, udma və ya çeynəmə proseslərində funksional pozulmalara səbəb olduğundan bu çətin ola bilər.

Belə çətin problemlərlə üzləşən xəstələr isə ixtisaslaşmış, yüksək maddi-texniki bazaya malik klinikalarda müalicə olunurlar və xəstələrin müalicəsində isə multidistiplinar yanaşma müasir protokol qaydalarına uyğundur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.