CƏMİYYƏT


Ağac və kolların məhv edilməsinə görə 6600 manat cərimə tətbiq olunub

Bakı, 13 iyul, AZƏRTAC

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən növbəti araşdırma aparılıb.

Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, monitorinq zamanı Xətai rayonu, Əbilov küçəsi 12 ünvanındakı yaşayış binasının yan tərəfindəki yaşıllıq sahəsində yaşköküstə 12-24 santimetr diametrliyində tut, dəfnə, zeytun, əncircinsli 4 ağacın və 6 nar kolunun qanunsuz kəsildiyi aşkar edilib.

Ağacların ərazidə tikinti aparan Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 85 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Zahid Bədəlov tərəfindən kəsildiyi məlum olub. Lakin o, yaşıllıq sahəsində aparılan tikinti ilə bağlı hansısa bir sənəd təqdim etməkdən imtina edib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub, ağac və kolların məhv edilməsinə görə ona 6600 manat məbləğində cərimə tətbiq edilib.

Qanun pozuntusu ilə bağlı məsələyə hüquqi qiymət verilməsi və Z.Bədəlov barəsində qanunauyğun tədbirlərin görülməsi məqsədilə toplanmış materiallar Baş Prokurorluğa göndərilib.

Hər hansı obyektin tikintisi ilə bağlı torpaq sahəsi ayıran orqan tərəfindən ərazidə yaşıllıq olub-olmaması nəzərə alınmalı, qanunvericiliyə uyğun olaraq həmin torpaq sahəsinin mövqe planı nazirliklə əvvəlcədən razılaşdırılmalıdır. Lakin bu tələbə riayət edilmədən torpaq mülkiyyətçiləri tərəfindən torpaq sahələrinin ayrılması və tikinti aparılması nəticəsində yaşıllıqların məhvinə şərait yaradılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.