REGİONLAR


Ağstafa şəhərinin Cəfər Cabbarlı küçəsi yenidən qurulub

Ağstafa, 20 iyun, Famil Quliyev, AZƏRTAC

Ağstafa şəhərinin küçələri yenidən qurulur, çoxmənzilli kommunal yaşayış binaları əsaslı təmir olunur. Hazırda yenidən qurulan Cəfər Cabbarlı küçəsində işlər tamamlanmaq üzrədir. Paralel olaraq həmin küçədə yerləşən çoxmənzilli 5 kommunal yaşayış binasının əsaslı təmiri və ətrafda aparılan abadlıq-quruculuq işləri də son tamamlanma mərhələsindədir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, küçənin işıqlandırma sistemi yenidən qurulub, telekommunikasiya və rabitə xətləri yenilənib. Küçədə piyada səkilərinə dekorativ daş düzülüb. Yenidən qurulan Cəfər Cabbarlı küçəsi yaxın vaxtlarda sakinlərin istifadəsinə veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.