ELM VƏ TƏHSİL
Ali məktəbdən müəssisəyə bir addım
Bakı, 26 noyabr, AZƏRTAC
Noyabrın 26-da “CSS” MMC-nin nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) tələbələrinə “Ali məktəbdən müəssisəyə bir addım” mövzusunda təlim keçib.
ADİU-dan AZƏRTAC-a bildiriblər ki, təlimdə tələbələrə iş axtarma prosesi, müsahibədə uğurlu nəticə əldə etmək yolları, işəgötürən üçün ideal namizəd olmağın qaydaları haqqında məlumatlar verilib. CV-nin düzgün tərtib olunması, şirkətlərlə əlaqə yaratmaq üsulları barədə danışılıb. Qeyd olunub ki, tələbələr işəqəbul və müsahibə bacarıqlarını artırmaq üçün təlimlərdə iştirak etməli və şirkətlərin təcrübə proqramlarından faydalanmalıdırlar.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.