DÜNYA


Əli sensora çevirən “ağıllı” döymə yaradılıb

A+ A

Bakı, 15 avqust, AZƏRTAC

"Microsoft Research" bölməsi və "MIT Media Lab" mütəxəssisləri tərəfindən hazırlanmış unikal döymənin köməyi ilə smartfonu idarə etmək və ya müxtəlif informasiya göndərmək olar.

AZƏRTAC “mail.ru” saytına istinadən xəbər verir ki, yeni qurğu "DuoSkin" adlanır. İstehsalçılar rəqəmli döymədən istifadə ilə əlaqədar üç ssenari düşünüblər. Belə ki, onun köməyi ilə kompyuter və ya mobil qurğuları idarə etmək üçün əldə kiçik sensor panel yaratmaq olar.

İstehsalçılara görə, həm də belə döymədən insanı bəzəmək üçün istifadə etmək olar. Bundan əlavə, təsvir sahibinin emosional vəziyyəti və ya bədən temperaturundan asılı olaraq rəngini dəyişmək qabiliyyətinə də malikdir. Həmçinin rəqəmli döymədən kiçiktutumlu informasiyanın saxlanılmasında istifadə etmək olar.

Belə döymə bədəndə bir həftə qala bilir. Təsvir zərdən yaradılır, ona görə hələlik elektron təsvir kütləvi tətbiq üçün əlverişli deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.