CƏMİYYƏT
Alimlər qanda şəkərin miqdarını aşağı salmaq üçün ayaq üstə daha çox durmağı məsləhət görürlər
Bakı, 1 avqust, AZƏRTAC
Ekspertlər müəyyən ediblər ki, qanda şəkərin miqdarını aşağı salmaq üçün ayaq üstə daha çox vaxt keçirmək lazımdır.
AZƏRTAC “RİA Novosti”yə istinadla xəbər verir ki, bu kəşf Kvinslend (Avstraliya) universitetindən Jenevyeva Hilinin rəhbərliyi ilə qitənin yetkin və ahıl adamları arasında nadir tədqiqat aparmış tibb işçiləri tərəfindən edilib.
Tədqiqatların nəticələrinə görə, günün daha çox hissəsini ayaq üstə keçirən insanlar təhlükəli xəstəliyə - diabetə daha az meyillidirlər. İnsanın hərəkətdə olduğu fəal iş günü bütün mənalarda faydalıdır. Onu idman zalındakı məşqlə və ya qaçışla da müqayisə etmək olar.
Alimlər, həmçinin ictimai nəqliyyatda daha çox yer verməyi məsləhət görürlər, axı maşında ayaq üstə getmək daha faydalıdır. Beləliklə, qanda artmış xolesterindən yaxa qurtarmaq olar.