CƏMİYYƏT
Amnistiya qərarı əsasında bu günədək iki mindən çox şəxs azadlığa buraxılıb
Bakı, 13 iyul, AZƏRTAC
Azərbaycan birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May - Respublika Günü münasibətilə elan edilmiş və humanizm prinsiplərinin davamı olan Milli Məclisin 2016-cı il 20 may tarixli amnistiya qərarının cəzaçəkmə müəssisələrində icrası davam edir.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qərar bu günədək qurumun cəzaçəkmə müəssisələrində saxlanılan 2 mindən çox şəxsə şamil edilib. Onlardan 33-ü xarici ölkə vətəndaşıdır.
Amnistiya qərarına əsasən, cəzaçəkmə müəssisələrindən azadlığa çıxmış məhkumlardan 43-ü qadındır. Ümumilikdə amnistiya qərarının 10 minə yaxın məhkuma şamil olunacağı gözlənilir.
Qərarın icrası davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]