CƏMİYYƏT
Avropa Azərbaycan Cəmiyyəti və Britaniyanın Mühafizəkarlar Partiyası birgə qəbul keçirib
TEAS-dan AZƏRTAC-a bildiriblər ki, 200-dən artıq nümayəndənin iştirak etdiyi bu tədbir Qərbi Avropaya səs salmış Azərbaycan şərablarını dequstasiya etmək üçün yaxşı imkanlardan biri olub.
Qəbulda iştirak edənlər arasında Britaniyanın mədəniyyət, media və idman naziri, parlamentin üzvü Səcid Cavid də olub.
Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter deyib ki, TEAS Britaniyanın üç aparıcı siyasi partiyasının hər birinin konfransı çərçivəsində müxtəlif tədbirlər təşkil edir. Təşkilat artıq bir neçə ildir ki, Mühafizəkarlar Partiyasının “ConHome” qrupu ilə əməkdaşlıq edir və gələcəkdə də belə qəbulların təşkili planlaşdırılır.
L.Zetter Azərbaycanın Avropa İttifaqı ölkələri, xüsusilə Böyük Britaniya ilə əlaqələrindən də danışıb.