İDMAN
Avropa Liqası yarışlarının səkkizdəbir final mərhələsinin püşkü atılıb
Bakı, 27 fevral, AZƏRTAC
Futbol üzrə Avropa Liqası yarışlarının səkkizdəbir final mərhələsində Türkiyənin “Beşiktaş” komandasının rəqibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, fevralın 27-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında təşkil olunan püşkatmanın nəticəsində Türkiyə təmsilçisi Belçikanın “Brügge” komandası ilə üz-üzə gələcək.
Püşkün nəticəsinə görə, “Everton” (İngiltərə) “Dinamo” (Kiyev, Ukrayna), “Dnepr” (Ukrayna) “Ayaks” (Hollandiya), “Zenit” (Rusiya) “Torino” (İtaliya), “Volfsburq” (Almaniya) “İnter” (İtaliya), “Vilyarreal” “Sevilya” (hər ikisi İspaniya), “Napoli” (İtaliya) “Dinamo” (Moskva, Rusiya), “Fiorentina” isə “Roma” (hər ikisi İtaliya) ilə qarşılaşacaq.
Səkkizdəbir final mərhələsinin ilk oyunları martın 12-də, cavab qarşılaşmaları 19-da keçiriləcək.