DÜNYA


Avropanın on ölkəsində istilərə görə “qırmızı” təhlükə səviyyəsi elan edilib

Bakı, 5 avqust, AZƏRTAC

Avropa ölkələrinin bəzi rayonlarında havanın temperaturu 50 dərəcəyə çatıb.

AZƏRTAC “KP.RU”ya istinadla xəbər verir ki, on Avropa ölkəsinin hakimiyyət orqanları anormal istilərə görə “qırmızı” təhlükə səviyyəsi elan edib.

Ekstremal hava şəraitinin səbəb olduğu yüksək təhlükə səviyyəsi Macarıstan, İsveçrə, Bosniya və Herseqovina, İtaliya, Monteneqro, Xorvatiya, Serbiya, Rumıniya, Polşa və Sloveniya kimi ölkələrin ərazilərində tətbiq edilib.

“Eumetnet” Avropa Meteoxidmətlər Şəbəkəsinin məlumatına görə, bu ölkələrdə havanın temperaturu son vaxtlar artaraq 50 dərəcəyə çatıb.

Temperaturun 40 dərəcəyə çatdığı Bolqarıstan, Yunanıstan, İspaniya, Fransa və Makedoniyada “narıncı” təhlükə səviyyəsi elan edilib.

Xatırladaq ki, daha əvvəl Yaponiyada anormal isti hava üzündən altı nəfər ölüb, iki mindən çox adam xəstəxanalıq olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.