DÜNYA


Avstraliyada təyyarə partlayış təhlükəsi səbəbindən təxliyə olunub

Bakı, 6 iyun, AZƏRTAC

Avstraliyanın Olberi şəhərinin aeroportunda laynerin ayaqyolusundan göyərtəyə bomba yerləşdirildiyi barədə qeyd tapıldıqdan sonra sərnişinlər təyyarədən tullanaraq qaçmağa başlayıblar.

AZƏRTAC Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, insidentin ardından göyərtəsində 42 sərnişinin olduğu təyyarə təxliyə olunub, 1 nəfər həbs edilib.

Polis nümayəndəsinin sözlərinə görə, axtarışdan sonra heç bir bomba və ya digər təhlükə aşkar olunmayıb.

Bir qədər əvvəl isə Melburnun Brayton rayonunda partlayış baş verdiyi və atəş açıldığı, sonra isə naməlum şəxsin bir qadını girov götürdüyü bildirilib. Keçirilən xüsusi əməliyyat nəticəsində cinayətkar öldürülüb, girov qadın azad olunub. Polis hadisəni terror adlandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.