SİYASƏT


Azərbaycan-Braziliya əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

A+ A

Bakı, 1 noyabr, AZƏRTAC

Noyabrın 1-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanla Braziliya arasında dostluq əlaqələrinin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunması münasibətilə Rodriqo Mayanı təbrik edən Baş nazir Artur Rasizadə Latın Amerikası regionunda böyük sənaye potensialına malik Braziliya ilə Azərbaycan arasında əməkdaşlığın bir çox istiqamətlər üzrə davam etdiyini məmnunluqla xatırladıb. İki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün imkanların mövcudluğunu nəzərə çatdıran Baş nazir bu səfərin əlaqələrimizin inkişafına təkan verəcəyinə əminliyini vurğulayıb. Baş nazir ölkəmizin ədalətli mövqeyini daim dəstəklədiyinə və bu yaxınlarda Deputatlar Palatasında Ermənistanın işğalçılıq siyasətini pisləyən bəyanat qəbul etdiyinə görə Braziliya Federativ Respublikası rəhbərliyinə təşəkkürünü bildirib.

Regionun ən çox inkişaf etmiş ölkələrindən biri kimi Azərbaycanla iqtisadi, mədəni sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsinə maraq göstərdiklərini qeyd edən Rodriqo Maya səfərin əsas məqsədinin bu istiqamətdə müzakirələr aparmaqdan ibarət olduğunu söyləyib. Davamlı iqtisadi inkişaf naminə regionda sülhün və əmin-amanlığın qorunub saxlanmasının zəruriliyinə toxunan braziliyalı qonaq bu baxımdan təcavüzkar Ermənistanın işğal etdiyi torpaqlardan dərhal çəkilməsinin və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini bir daha vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.