İDMAN


Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin respublika yarışları başa çatıb

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin idmanın 12 növü üzrə respublika yarışları yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, respublika yarışları atletika, basketbol, badminton, cüdo, döşəmə üzərində hokkey, florbol, futbol, həndbol, pauerliftinq, stolüstü tennis, üzgüçülük və voleybol idman növləri üzrə keçirilməklə seçmə xarakterli olub və 2017-2018-ci illərdə keçiriləcək beynəlxalq yarışlara hazırlıq mərhələsi daşıyıb.

Yarışlarda Bakı və Abşeronun 15-dək sosial xidmət müəssisəsi, uşaq evləri, yardımçı və xüsusi internat məktəblərinin, eyni zamanda Gəncə, Sumqayıt, Şəki, Lənkəran, Göyçay və Salyan regional Xüsusi Olimpiya filiallarının komandaları və 1500-ə yaxın idmançısı iştirak edib. Müvafiq yarışlar cari ilin payızında da təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.