MƏDƏNİYYƏT


Azərbaycan Yazıçılar Birliyində Yunus Əmrə İnstitutu ilə Memorandum imzalanıb

A+ A

Bakı, 14 noyabr, Zərəngiz Mansurova, AZƏRTAC

Azərbaycan Yazıçılar Birliyində (AYB) Yunus Əmrə İnstitutu ilə Memorandum imzalanıb.

AYB-dən AZƏRTAC-a bildirilib ki, Bakıdakı Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anara rəhbərlik etdiyi qurumun layihələri barədə geniş məlumat verib. AYB sədri iki ölkə arasında ədəbi-mədəni əlaqələrin inkişaf etdirilməsi üçün yeni və əhəmiyyətli layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Sonra Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin və “aybKitab” layihəsinin rəhbəri Xəyal Rza Yunus Əmrə İnstitutu ilə əməkdaşlıq və nəzərdə tutulan birgə layihələr barədə məlumat verib. Qeyd edib ki, müasir Azərbaycan ədəbiyyatının təbliğ olunması, kitaba olan marağın artırılması, gənc müəlliflərin “imza günü” mərasimlərinin təşkil edilməsi istiqamətlərində görüləcək işlər də Memorandumda öz əksini tapıb. Bundan başqa, Azərbaycan Yazıçılar Birliyinin elektron mətbuatı - ayb.az, aybkitab.az saytları Yunus Əmrə İnstitutu ilə əməkdaşlığı genişləndirəcək, qarşılıqlı layihələr həyata keçirəcək.

Memorandumu Xəyal Rza və İbrahim Yıldırım imzalayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.