ELM VƏ TEXNOLOGİYA


Azərbaycan aliminin uğuru

A+ A

Bakı, 1 iyul, AZƏRTAC

“İrs-naslediye” beynəlxalq jurnalının növbəti nömrəsi işıq üzü görüb.

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyindən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq jurnalda bu müəssisənin arxeologiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadənin “Qədim Azərbaycanın saxsı oyuncaqları” (“Fayansovıye iqruşki drevneqo Azerbaydjana”) məqaləsi rus dilində dərc olunub.

Məqalədə muzeyin ekspozisiyasında nümayiş olunan saxsı oyuncaqlardan bəhs edilir. Müəllif eksponatları dörd qrupa bölüb və onların dövrü, tapılma yeri, təsnifatı haqqında ətraflı məlumat verib.

Arxeoloq N.Quluzadə keramik oyuncaqların Azərbaycanın müxtəlif bölgələrindən arxeoloji qazıntılar zamanı əldə edildiyini və erkən orta əsrlərə aid olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.