Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycan alimlərinin I qurultayı keçirilib VİDEO

Bakı, 19 dekabr, İ.Əsədov, T.Ağayeva, P.İmanova, AZƏRTAC 

Dekabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında Azərbaycan alimlərinin I qurultayı keçirilib.

Qurultay Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri tərəfindən birgə təşkil olunub.

AZƏRTAC xəbər verir ki, qurultayda dövlət qurumlarının nümayəndələri, tanınmış alim və mütəxəssisləri, həmçinin dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı alimlər iştirak ediblər.

İnternet üzərindən canlı yayımlanan tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə ilk dəfə keçirilən bu qurultayın müasir dünyanın qlobal çağırışlarının, Azərbaycanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafının, ölkə elmində gedən proseslərin məntiqi nəticəsi olduğunu bildirib. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan onun ideyalarının və siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin böyük uğurla həyata keçirdiyi siyasətin nəticəsində inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Təqdirəlayiq haldır ki, Azərbaycanın milli sərvəti olan elmi potensialın qorunması, inkişaf etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir.

Akademik vurğulayıb ki, hazırda elmi potensialın milli tərəqqi naminə maksimum dərəcədə səmərəli istifadə olunması Azərbaycan dövlətinin və cəmiyyətinin qarşısında duran əsas vəzifələrdən biridir.

Qurultayda Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin tədbir iştirakçılarına təbrik məktubunu oxuyub.

Sonra akademik Akif Əlizadə “Müasir dünyanın çağırışları və Azərbaycan elminin prioritetləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, elmin inkişaf tarixi bütün uğurlarımızın və nailiyyətlərimizin şəxsiyyət fenomeni ilə bağlı olduğunu göstərir. Milli birliyin, Azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməyimizin əsasında da bir çox elmi faktorlar dayanır. Xalqımızın tarixini, qədim ənənələrini, zəngin mədəni irsini qoruyub saxlamağa, onların gələcək nəsillərə çatdırılmasına nail olmaq üçün humanitar elmlərin bütün spektrləri geniş vüsət almalıdır. Ölkəmizin təbii sərvətləri öyrənilmədən, elmə əsaslanan yeni texnologiyalar tətbiq olunmadan nə ekoloji təhlükəsizlik baxımından kənd təsərrüfatı inkişaf edə bilər, nə də bütövlükdə dövrün ekoloji çağırışlarına adekvat cavab verilə bilər.

Akademik A.Əlizadə deyib: “İnsan kapitalına daxil olan bütün faktorlar, o cümlədən əhalinin sağlamlığı yeni texnologiyalardan və elmi yanaşmalardan asılıdır. Hamımıza yaxşı bəllidir ki, həm orta, həm də ali təhsil möhkəm elmi bazaya söykənmədən, elmlə həmahəng inkişaf etmədən səmərəli fəaliyyət göstərə bilməz.

Bu gün ən böyük problem elmin qocalması və yüksək ixtisaslı gənc kadrların azlığıdır. Bizə lazım olan mütəxəssisi hələ orta məktəbdə itiririk, çünki gənclərin böyük qismi peşə seçimi problemi ilə rastlaşanda, öz gələcəyini elmlə və elmi fəaliyyətlə bağlamaq haqqında düşünmür. Hamımıza yaxşı məlum olan bu və ya digər problemlərin həlli üçün səylərimizi birləşdirməli, ümumi strategiyanın və fəaliyyət proqramının formalaşmasına nail olmalıyıq.

Məruzəçi daha sonra qeyd edib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə fundamental elm sistemində başlanılmış islahatlar onun siyasi kursunun davamçısı Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun surətdə inkişaf etdirilir, “neft kapitalının insan kapitalına çevrilməsi” istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Milli sərvətimizin tükənməz hissəsi olan elmi potensialın qorunması, inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Prezident İlham Əliyevin elmin inkişafı ilə bağlı qəbul etdiyi çoxsaylı qərarlar sırasında “2009-2015-ci illərdə Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiya”, “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası qəbul olunub, intellektual inkişaf modeli əsaslandırılıb və biliklər cəmiyyətinin qurulması ölkəmizin strateji inkişaf xətti kimi bəyan edilib.

Bu qərarlar ölkədə digər sahələrlə yanaşı, Azərbaycan elmi qarşısında da mühüm vəzifələr qoyub. Alimlərimiz öz qüvvələrini həmin vəzifələrin icrasına səfərbər edərək “Azərbaycan Milli Elmlər Akademiyası-2020” İnkişaf Konsepsiyasını işləyib hazırlayıblar. Konsepsiyada ölkənin elmi-texniki, innovativ inkişafının müasir, fəal sisteminin, eləcə də vətəndaş cəmiyyətinin və mədəniyyətin vacib amili olan sosial-iqtisadi dəyişikliklərin elmi əsaslarının yaradılması nəzərdə tutulur.

A.Əlizadə buna misal olaraq Azərbaycanda neft elmi, neft kimyası, nanotexnologiyalar və başqa sahələrdə elmlərin inkişaf proqramının hazırlanmasını göstərib. Vurğulayıb ki, müasir dünyada həyatın maddi əsasını müəyyən edən energetika, mexanika, informatika bu sahələrdə elmi tədqiqatların hərtərəfli dəstəklənməsinin zəruriliyini diktə edir.

XXI əsrdə cəmiyyət bioloji və tibb elmlərinin inkişafında daha çox maraqlıdır. Odur ki, alimlər canlı maddənin təbiəti və xüsusiyyətləri haqqındakı fundamental bilikləri genişləndirməli, tibb elminin, biotəbabətin, genetikanın, aqrar sahənin, həmçinin ekoloji təhlükəsizliyi və təbiətdən istifadənin inkişafını təmin etməyə nail olmalıdırlar.

“Elm və təhsilin inteqrasiyasının bəzi məsələləri haqqında” mövzusunda məruzəsində təhsil naziri Mikayıl Cabbarov bildirib ki, bu gün qarşıda duran ən mühüm məsələ elm və təhsilin inteqrasiyasına nail olmaq, onların qarşılıqlı əlaqəsini gücləndirməkdir. Həmçinin ali təhsil müəssisələrində aparılan elmi tədqiqatların prioritetlərinin müəyyənləşdirilməsinin də vacib olduğunu vurğulayan nazir bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

M.Cabbarov deyib ki, ümumtəhsil məktəblərində kurrikulum proqramlarının hazırlanmasında elmi yanaşmalardan geniş istifadə olunacaq, həmçinin ali təhsil müəssisələrində elmi tədqiqatların genişləndirilməsi üçün maliyyə resurslarının müəyyənləşdirilməsi ilə bağlı tədbirlər həyata keçiriləcək. Hazırda ali təhsil müəssisələrindəki elmi fəaliyyəti əlaqələndirən müvafiq şuranın yaradılmasına və dünya səviyyəli elmi araşdırmaların çərçivə standartlarını müəyyənləşdirməyə ehtiyac duyulur.

İnnovativ inkişaf və müasir baxışlara dair məruzə ilə çıxış edən rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov vurğulayıb ki, qurultayda müzakirə olunan məsələlər, irəli sürülən yeni ideyalar, qəbul edilən qərarlar elm və texnikanın, bütövlükdə iqtisadiyyatın gələcək inkişafı üçün çox önəmlidir. Azərbaycan alimləri ölkə iqtisadiyyatının müxtəlif sektorlarında birbaşa tətbiq oluna biləcək bir çox elmi nailiyyətlər əldə ediblər.

Akademik Əli Abbasov bildirib ki, qlobal rəqabət şəraitində respublikanın insan potensialının davamlı şəkildə yüksəldilməsi, gənc, yaradıcı, intellektual insanların istedadından maksimum istifadə edilməsi innovasiyalı inkişafın təmin olunması baxımından son dərəcə zəruridir. İKT, nanotexnologiyalar, kosmik, mikroelektronika, nüvə, biotexnologiyalar və digər elmi tutumlu sahələr üzrə kadr hazırlığı prioritet istiqamətlər hesab olunur.

Elmin inkişafı, onun səmərəliliyinin artırılması bir çox faktorlardan asılıdır. Bunun üçün maddi-texniki və informasiya bazası gücləndirilməli, gənc alim və mütəxəssislərə dəstək verilməli, onların xaricidə tanınmış elmi məktəblərdə təcrübə keçməsi, birgə tədqiqatların aparılması və intellektual mülkiyyətin qorunması da əsas şərtlərdəndir.

Nazir qeyd edib ki, qurultay elmin inkişafı ilə bağlı məsələlərin müzakirəsi, yeni fikirlərin ortaya çıxması üçün yaxşı bir platformadır.

Tədbirdə məşhur azərbaycanlı alim, ABŞ-ın Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadənin, Avstraliya Federativ Universitetinin professoru Adil Bağırovun videomüraciətləri dinlənilib. Eyni zamanda, dünyanın nüfuzlu alimlərinin və xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı alimlərin qurultaya ünvanladıqları təbriklər səsləndirilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, akademiklər Vasim Məmmədəliyev, Tofiq Hacıyev, İsmayıl İbrahimov, Fuad Əliyev, Ramiz Məmmədov Azərbaycan alimlərinin I qurultayı və onun əhəmiyyəti, elmin inkişafı və digər prioritet istiqamətlər barədə danışıblar. Qeyd olunub ki, Azərbaycanın akademik, təhsil, biznes və vətəndaş cəmiyyəti sektorlarında çalışan alim və tədqiqatçılar, o cümlədən xarici ölkələrdə yaşayan azərbaycanlı alimlər arasında qarşılıqlı münasibətləri inkişaf etdirmək və ümummilli əhəmiyyətə malik elmi problemlərin müzakirəsində ictimai konsensusa nail olmaq baxımından, eləcə də elmin bütün sahələri üzrə həmrəyliyin, qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılmasında qurultay böyük əhəmiyyətə malikdir.

Sonra Azərbaycan alimlərinin I qurultayının Bəyannaməsi qəbul olunub. Bəyannamədə son illər respublikanın müxtəlif sosial sferalarında İKT-nin geniş tətbiq olunduğu, informasiya cəmiyyətinin formalaşdığı qeyd edilir. Bu sahədə işlərin daha da inkişaf etdirilməsi üçün elm və təhsil şəbəkə infrastrukturlarının genişləndirilməsi, elmi informasiya resurslarının yaradılması, beynəlxalq elmi mühitə inteqrasiya və başqa istiqamətlərdə elmi tədqiqatların həyata keçirilməsinin zəruriliyi vurğulanır. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyası haqqında” fərmanı imzaladığı günün - mayın 15-nin respublikada “Elm günü” kimi qeyd edilməsi ilə bağlı müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırılması məqsədəmüvafiq hesab olunur. Sənəddə elmin populyarlaşdırılması, elmi qurumların ictimaiyyətlə münasibətlərinin qurulması və digər aktual məsələlər də irəli sürülür.

Sonda qurultayın Azərbaycan Prezidenti İlham Əliyevə Müraciəti oxundu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Azərbaycanın iki güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb

Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır

“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO

Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge və Qafur Məmmədovun abidələri ziyarət olunub VİDEO

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

AMEA-da “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı olub

Türkiyənin vitse-prezidenti ölkəsinin biznes dairələrini Azərbaycanda yeni layihələr həyata keçirməyə çağırıb

Britaniya peyvəndlərlə bağlı qlobal müqaviləni imzalamaqdan imtina edir

Heydər Əliyev Fondu Samuxda körpələr evi-uşaq bağçası inşa etdirib

Xocalıda insana məxsus sümük fraqmentləri aşkarlanıb

Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb

Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub

Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO

Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir

Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib

Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar

Yığmanın sabiq üzvü: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərdim

İlqar Qurbanov: Sanki yenidən uşaqlıq dövrümə qayıtdım

Misirdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib VİDEO

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Serbiya və Çin arasında 28 sənəd imzalanıb

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir

Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

Fərid Qayıbov: Minifutbol turnirinin keçirilməsi Azərbaycan futbolunun gələcəyinə böyük töhfə verəcək

Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Moskvada hərbi parad keçirilir

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir - ŞƏRH

Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndiriləcək

Faktiki hava açıqlanıb: Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb

® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

İncəsənət xadimləri Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldülər - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edilib

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar VİDEO

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

“Sizin Makedoniya” koalisiyasının nümayəndəsi: Nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

Heydər Əliyevin fəaliyyəti daim xalqın, dövlətin mənafeyinə xidmət edib

Mehriban xanım Əliyeva 9 May - Qələbə Günü münasibətilə paylaşım edib

AZPROMO rəsmisi: ADA və Boloniya universitetlərinin əməkdaşlığının kənd təsərrüfatına töhfələr verəcəyinə inanırıq

İordaniya mətbuatı Ümummilli Liderin 101-ci ildönümü barədə yazır

Alman faşizmi üzərində qələbədən 79 il ötür

İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Avropa İttifaqı göyöskürəyin sürətlə yayılması ilə bağlı xəbərdarlıq edir

İsveçrədə keçiriləcək Ukrayna üzrə konfransın iştirakçılarının siyahısı artır

Meksika Prezidenti: Ölkədə elektrik enerjisinin kəsilməsi rekord isti hava ilə əlaqədardır

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib