CƏMİYYƏT


Azərbaycan ilə İspaniya arasında hərbi tibb sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb VİDEO

A+ A

Navarra, 5 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının rəisi, tibb xidməti polkovnik-leytenantı Kənan Yusifzadə İspaniyada səfərdədir.

Səfər çərçivəsində K.Yusifzadə Navarra Universiteti Klinikasının direktoru Roberto Lapieza ilə görüşüb. Görüş zamanı klinikanın direktoruna Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verilib. Aprel döyüşləri zamanı yaralananların müalicəsi üçün görülən tədbirlərdən danışan K.Yusifzadə hərbi travma və səhra cərrahiyyəsindəki zəngin təcrübədən söhbət açıb.

Səfər zamanı Navarra Universitetinin klinikasında həkimlərlə görüş keçirilib, rəhbərliklə tibb sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Görüşlərdə İspaniya-Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyasının prezidenti Fərid Mustafayev də iştirak edib.

Kənan Yusifzadənin səfər çərçivəsində Navarra vilayətinin rəhbərliyi ilə də görüşləri nəzərdə tutulub.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Navarra

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.