İQTİSADİYYAT


Azərbaycan sahibkarları Daşkənddə keçiriləcək sərgilərə dəvət olunublar

A+ A

Bakı, 29 mart, AZƏRTAC

Daşkənddə mayın 18-dən 20-dək 11-ci beynəlxalq energetika, sentyabrın 7-dən 9-dək 13-cü beynəlxalq "Textile Expo Uzbekistan", oktyabrın 6-dan 8-dək 2-ci beynəlxalq gözəllik, noyabrın 16-dan 18-dək "TransUzbekistan" 13-cü beynəlxalq nəqliyyat və logistika sərgiləri keçiriləcək.

Bu barədə AZƏRTAC-a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan məlumat verilib. Məlumatda Azərbaycanda fəaliyyət göstərən sahibkarların və işgüzar dairələrin sərgilərə dəvət olunduqları da bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.