CƏMİYYƏT


Azərbaycanlı sahibkarlar və startapçılar Qlobal Sahibkarlıq Konqresinə dəvət olunublar

A+ A

Bakı, 4 sentyabr, AZƏRTAC

Qlobal Sahibkarlıq Şəbəkəsinin (GEN) Azərbaycanda rəsmi nümayəndəsi olan “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) sahibkarları və startapçıları Cənubi Afrika Respublikasının Yohhanesburq şəhərində keçiriləcək “Qlobal Sahibkarlıq Konqresi-2017”də iştiraka dəvət edir.

DVC-dən AZƏRTAC-a bildiriblər ki, gələn il martın 13-16-da təşkil olunacaq konqresə 160 ölkəni təmsil edən sahibkarlar, investorlar, tədqiqatçılar və siyasətçilər qatılacaqlar.

Konqresdə rəsmi tədbirlər və görüşlərlə yanaşı, dünyanın aparıcı ekspert və biznes qurumları tərəfindən master-klasslar keçiriləcək, işçi qruplar təşkil olunacaq. Bir sıra sessiyaların iştirakçısı olacaq nümayəndələr sənaye liderlərindən uğurlu biznes təşəbbüsləri və təcrübələri haqqında dəyərli məlumatlar qazanmaq imkanı əldə edəcəklər. Həmçinin biznes ətrafının formalaşması üçün səmərəli platformaya çevriləcək konqresdə yeni biznes ideyalar müzakirə olunacaq, investorlar tərəfindən dəyərləndiriləcək.

Konqresdə Azərbaycanı İctimai Birliyin sədri Seymur Hüseynovun başçılığı ilə nümayəndə heyəti təmsil edəcək. Ölkəmizi bu beynəlxalq tədbirdə təmsil etmək şansı qazana bilmək üçün http://gec.co/attendee/register linkinə daxil olub qeydiyyatdan keçmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.