DÜNYA


BMT-nin baş katibi: Aralın quruması zəmanəmizin ən böyük ekoloji fəlakətidir

Daşkənd, 11 iyun, АZƏRTAC 

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Özbəkistanda səfərdə olub.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Antonio Quterrişlə Səmərqənddə görüşüb.

Danışıqlarda Özbəkistanla BMT arasında əlaqələrin inkişafı, Aralın fəlakət zonasına çevrilməsi və digər məsələlər müzakirə edilib.

Antonio Quterriş Özbəkistanın birinci Prezidenti İslam Kərimovun məzarını da ziyarət edib.

Sonra BMT-nin baş katibi Qaraqalpaqstana gedib və vertolyotla qurumaqda olan Aral dənizi akvatoriyasını və ətraf əraziləri seyr edib.

BMT-nin baş katibi bununla əlaqədar bildirib ki, 1960-cı ildə böyüklüyünə görə dünyada dördüncü olan Aral gölü (Məhz böyük olduğuna görə dəniz deyilir) qurumaqda davam edir və bu məndə şok effekti yaratdı. Elə bilirəm ki, Aralın quruması zəmanəmizin ən böyük ekoloji fəlakətidir. O bildirib ki, bu ekoloji fəlakət regionda su ehtiyatlarından səmərəli istifadə edilməməsi səbəbindən yaranıb və bu bizim hamımız üçün dərs olmalıdır.

Xatırladırıq ki, son 40 ildə Aral dənizində suyun həcmi beş dəfə azalıb, səthi 18 metr aşağı düşüb, duzluluq artıb. Əvvəl dənizin sahili Muynak qəsəbəsinin yaxınlığında olan Aral indi təxminən 150 kilometr çəkilib, balıq yoxa çıxıb.

1993-cü ilin yanvar ayında Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Tacikistan dövlətləri Aralın Xilası üzrə Beynəlxalq Fond yaradıblar. 2008-ci ilin dekabrından bu fondun BMT-də müşahidəçi statusu var.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.