SİYASƏT


BMT-nin mənzil-qərargahı qarşısında Ermənistan hərbiçilərinin Azərbaycanın dinc sakinlərini öldürməsini pisləyən etiraz aksiyası keçirilib

Vaşinqton, 8 iyul, AZƏRTAC

İyulun 4-də Ermənistanın silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində Sahibə Allahverdiyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması, həmçinin Sərvinaz Quliyevanın ağır yaralanması ilə əlaqədar iyulun 7-də BMT-nin mənzil-qərargahı qarşısında etiraz aksiyası keçirilib. Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən təşkil edilən aksiyada Nyu-York şəhərində fəaliyyət göstərən "Azerbaijan New York Association", "Azerbaijani American Women Association of New York" və digər təşkilatların fəalları iştirak ediblər.

Aksiya iştirakçıları Ermənistanın işğalçı ölkə olduğunu əks etdirən, habelə azyaşlı Z.Quliyevanın cəsədinin mediada yayılmış fotoşəkillərdən ibarət transparantları ətrafda yığılan əcnəbi diplomatlara nümayiş etdirilib, “Mən Zəhrayam!”, “Zəhraya ədalət!”, “Erməni terrorunu qınayın”, “Ermənistan uşaq qatilidir!”, “Ermənistan soyqırımı günahkarıdır!” şüarlarını səsləndiriblər. Aksiyada hadisə ilə bağlı əcnəbilərə bukletlər paylanılıb, ətraflı məlumat verilib, çıxışlar edilib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.