CƏMİYYƏT


Bakı Ali Neft Məktəbinin tələbəsi Heriot-Vatt Universitetinin mükafatını alıb

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) kimya mühəndisliyi ixtisası üzrə təhsil alan beşinci kurs tələbəsi Rafael Səmədov Böyük Britaniyanın Heriot-Vatt Universitetinin 2015/2016-cı akademik ili üzrə mükafatının qalibi seçilib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, R.Səmədov 2015/2016-cı akademik ili üzrə yüksək təhsil göstəricilərinə görə Böyük Britaniyanın Herriot-Vatt Universiteti tərəfindən sertifikata və pul mükafatına layiq görülüb.

BANM-in rektoru Elmar Qasımov R.Səmədovu təbrik edib, ona təhsildə uğurlar arzulayıb. Rektor gənc tələbəyə təhsil aldığı ali məktəbin adını hər zaman uca tutmağı tövsiyə edib.

R.Səmədov BANM-in yeganə tələbəsidir ki, akademik göstəricilərinə görə ixtisası və kursu üzrə Heriot-Vatt Universitetinin ən yaxşı tələbəsi olaraq həmin ali məktəbin təqaüdünə artıq ikinci dəfə layiq görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.