Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakıda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin 5-ci iclası işə başlayıb VİDEO

Bakı, 18 dekabr, AZƏRTAC

Dekabrın 18-də Bakıda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin beşinci iclası öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, iclasın keçirilməsində məqsəd türkdilli ölkələrin UNESCO-da əməkdaşlıq imkanlarının araşdırılması, müxtəlif layihələrin həyata keçirilməsi, birgə nominasiyaların UNESCO-nun müvafiq siyahılarına daxil edilməsi kimi önəmli məsələlərin müzakirəsi və ölkələr arasında əlaqələrin möhkəmləndirilməsidir.

Tədbir iştirakçıları əvvəlcə “Biz sülh tərəfdarıyıq” adlı uşaq rəsmlərindən ibarət sərgi ilə tanış olublar.

Dövlət və hökumət rəsmilərinin, TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin nümayəndələrinin iştirak etdikləri iclası xarici işlər naziri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri Elmar Məmmədyarov açıb.

Nazir bildirib ki, bu il həm də UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 20 illik yubileyi qeyd edilir. TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin beşinci iclası da Komissiyanın 20 illik yubileyinə həsr olunur. Bu illər ərzində ölkəmiz UNESCO ilə təşkilatın bütün vacib istiqamətləri, o cümlədən təhsil, elm, mədəniyyət, kommunikasiya və digər sahələr üzrə sıx əməkdaşlıq edir. Azərbaycan təşkilatın demək olar ki, bütün konvensiyalarına qoşulub, onun müxtəlif komitələrinin üzvü olub, bir çox beynəlxalq tədbirlərinə ev sahibliyi edib.

E.Məmmədyarov deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizdə sosial, iqtisadi, mədəni və digər sahələrdə sürətli inkişafı təmin etməklə yanaşı, dövlətimizin dünyada sülhün, əmin-amanlığın, həmçinin qlobal mədəniyyətlərarası dialoqun və dinlərarası tolerantlığın gücləndirilməsi sahəsində fəaliyyəti də genişlənib. Bu istiqamətdə UNESCO və TÜRKSOY-un iştirakı ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Hər il təşkil olunan Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın tanınmış dövlət xadimləri, Nobel mükafatı sahibləri, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak edərək öz dəyərli fikirlərini bölüşürlər”.

Qeyd olunub ki, eyni qədim tarixə, kökə, dil və mədəniyyətə malik olan xalqlarımız indi bir-birinə daha da yaxınlaşır. Mütəmadi olaraq dövlət başçıları səviyyəsində keçirilən türkdilli ölkələrin zirvə görüşlərində qəbul edilən qərarlara əsasən türkdilli dövlətlərin bir-biri ilə əməkdaşlıq imkanlarını daha da genişləndirən qurumlar yaradılır. Bu isə qardaş türk xalqlarının bir-birinə bağlanmasında və qarşılıqlı etimada əsaslanan möhkəm birliyə çevrilməsində vacib rol oynayır. Yaxın zamanlarda fəaliyyətə başlayacaq Türk İrsi və Mədəniyyəti Fondu da türkdilli xalqların mədəniyyətlərinin qorunması istiqamətində müxtəlif layihələri həyata keçirəcək, bu irsin gələcək nəsillərə ötürülməsinə öz töhfələrini verəcək.

Vurğulanıb ki, Azərbaycan-UNESCO münasibətlərinin inkişaf etdirilməsi, mədəni irs nümunələrimizin dünyada təbliği, onların qorunması və gələcək nəsillərə ötürülməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, ölkəmizin maddi və qeyri-maddi irsinə qayğı göstərilməsində, həmçinin Azərbaycanda və xarici ölkələrdə tarixi, dini, mədəni abidələrin bərpası, məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları və s. elmi, mədəni və sosial mərkəzlərin açılmasında Heydər Əliyev Fondunun böyük xidmətləri var.

E.Məmmədyarov çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də bəhs edib. Diqqətə çatdırılıb ki, iyirmi ildən artıqdır Azərbaycana məxsus Dağlıq Qarabağ və yeddi ətraf rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bir milyondan artıq soydaşımızın fundamental insan haqları kobudcasına pozulub və onlar qaçqın və məcburi köçkün həyatı yaşamağa məcburdur. Nazir deyib: “Bizim təşəbbüsümüzlə UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə komitəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunmasına dair qərar qəbul edib. Təəssüflər olsun ki, Ermənistan bu illər ərzində nə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin, nə də UNESCO-nun bu qərarının tələblərini yerinə yetirməyib. Ermənilər işğal altında olan Dağlıq Qarabağda və digər ətraf rayonlarımızda bütün maddi mədəniyyət abidələrini məqsədyönlü şəkildə məhv edib, dağıdıb, habelə muzeylərimizi talan ediblər.

Xarici siyasət idarəsinin rəhbəri TÜRKSOY və UNESCO vasitəsilə ortaq mədəni irsimizin qorunması, dünyada tanıdılması istiqamətində əməkdaşlıq imkanlarının genişləndirilməsi və gələcək nəsillərə sağlam mədəni irsin çatdırılması işində səylərin qətiyyətlə davam etdirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini deyən TÜRKSOY-un baş katibi Düsen Kaseinov təşkilatın fəaliyyətinin UNESCO-nun ideya istiqamətlərinə uyğun olduğunu bildirib. O deyib ki, iki gün davam edəcək iclasda aparılacaq müzakirələr əməkdaşlığa öz töhfəsini verəcək.

Sonra TÜRKSOY-un baş katibi tərəfindən Azərbaycan tərəfinə xatirə hədiyyələri təqdim olunub.

Daha sonra UNESCO-nun baş direktoru İrina Bokovanın tədbir iştirakçılarına müraciəti oxunub.

Müraciətdə Azərbaycan-UNESCO münasibətlərindən bəhs edilib, əlaqələrin inkişafında Heydər Əliyev Fondunun rolu xüsusi vurğulanıb. Bildirilib ki, Bakıda keçirilən iclas milli komissiya və komitələr arasında mədəniyyət, elm, təhsil sahələrində vacib addımların atılması üçün daha bir fürsətdir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası baş katibinin müavini Abzal Saparbekuli, Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali, TürkPA-nın baş katibi Jandos Asanov birgə əməkdaşlığın əhəmiyyətindən danışıb və iclasın işinə uğurlar arzulayıblar.

TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin beşinci iclası öz işini plenar müzakirələrlə davam etdirib. Əvvəlcə TÜRKSOY-un fəaliyyətinə dair film nümayiş olunub.

Plenar iclasda “TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələri arasında əməkdaşlığın möhkəmləndirilməsi, fikir və təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsinin perspektivləri” üzrə təqdimatlar olub.

UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Günay Əfəndiyeva ölkəmizlə bağlı təqdimatla çıxış edərək iyirmi il müddətində qazanılan nailiyyətlər barədə danışıb. Qeyd edib ki, bir araya gəlməyimizdə və ortaq əməkdaşlıq imkanlarının müəyyən edilməsində TÜRKSOY-un rolu böyükdür. Bu görüş onu deməyə əsas verir ki, ölkələrimiz arasındakı işbirliyini belə davam və inkişaf etdirməyimiz xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq. Biz bu imkanları dəyərləndirməli və əməkdaşlığı daha da genişləndirməliyik.

Günay Əfəndiyeva vurğulayıb ki, Azərbaycan-UNESCO əlaqələrindən danışarkən Heydər Əliyev Fondu, onun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətlərini xüsusi qeyd etmək lazımdır. Təkcə Azərbaycanın deyil, dünya mədəni irsinin qorunub saxlanmasında, gələcək nəslə çatdırılmasında onun böyük zəhməti var.

Baş katib diqqətə çatdırıb ki, bu gün Azərbaycan bütün prioritet istiqamətlər üzrə UNESCO ilə sıx əməkdaşlıq edir.

G.Əfəndiyeva UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının gördüyü işlərdən söhbət açıb və müvafiq təkliflər verib. Baş katib bu il səslənən ortaq mədəni irslə bağlı təklifin sonrakı görüşdə ikinci mərhələ kimi nominasiya faylına daxil edilməsinin zəruriliyini diqqətə çatdırıb. Qeyd edib ki, hər il səsləndirilən təkliflərin ikinci mərhələyə keçirilməməsi səmərəliliyi azaldır. Bu baxımdan hər ölkədən “dəyirmi masa”lar üzrə ən azı bir nəfər əlaqələndirici müəyyən olunaraq, onların mütləq digər görüşlərdə iştirak etmələri işin səmərəliliyini daha da artırar. Təcrübə göstərir ki, indiyədək təşkil olunmuş görüşlər çərçivəsində “dəyirmi masalar”da iştirak edən şəxs bir sonrakı toplantıya qatılmadığından onun yerinə gələn başqa nümayəndə əvvəlki illərdə müzakirə edilmiş məsələlərdən xəbərsiz olur.

Türk xalqlarının qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu deyən G.Əfəndiyeva bu mədəniyyətin antologiya və reyestr şəklində bir araya gətirilməsi, daha sonra UNESCO çərçivəsində qorunmasının təmin edilməsi ilə bağlı qərar çıxarılmasına dair təklifini də irəli sürüb. Bildirib ki, bununla əlaqədar 3 cilddən ibarət kitab hazırlanmalı və həmin kitab özündə maddi, qeyri-maddi və sənədli irsi əks etdirməlidir. Ölkələrin sahib olduğu irsin kitaba daxil edilməsi ilə bağlı öz təkliflərini göndərmələri məqsədəuyğun olardı. Eyni zamanda, onlar arasında ortaq mədəni irs nümunələrinin müəyyən edilərək UNESCO-nun siyahılarına daxil edilməsi üçün müvafiq iş aparıla bilər. Bu, sahib olduğumuz irsin başqaları tərəfindən mənimsənilməsinin qarşısını almağa da imkan verər.

2015-ci ildə UNESCO-nun 70 illik yubileyinin keçiriləcəyini deyən G.Əfəndiyeva bu yubileylə bağlı türk xalqlarının tarixi bütövlüyünü, mədəniyyətini, dilini və digər məsələləri özündə birləşdirəcək elmi konfransın təşkilini də məqsədəuyğun hesab edib. Baş katib deyib: “Biz, eyni zamanda, türk dünyası tarixinin, mədəniyyətinin araşdırılmasına gənc alimlərin də cəlb edilməsi məqsədilə müsabiqələr keçirə və mükafatlar təsis edə bilərik”.

Məlumat verilib ki, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası Moldova üzrə Komissiya ilə ortaq layihə həyata keçirir. Hər iki xalqın folklorunda yer alan nağıllar uşaqların gözü ilə rəsm əsərlərinə çevrilir və bir folklor digər xalqın nümayəndələrinin düşüncəsində olduğu kimi, bir qədər fərqli çalarda təqdim edilir. Bir sözlə, bir əsərdə iki xalqa aid mənəvi keyfiyyətlər bir araya gətirilmiş olur.

Tədbir çərçivəsində “Biz sülh tərəfdarıyıq” adlı uşaq rəsmlərindən ibarət sərginin nümayiş olunduğunu xatırladan G.Əfəndiyeva qeyd edib ki, toplantılarımız, qəbul etdiyimiz qərarlar uşaqların da sülhə dair ideyalarına dəstək olacaq.

Plenar iclasda digər ölkələrin təqdimatları da dinlənilib.

Dekabrın 19-da işini davam etdirəcək iclas çərçivəsində mədəni və təbii irs, qeyri-maddi mədəni irs, təhsil və dünya yaddaşı proqramı üzrə dörd “dəyirmi masa” keçiriləcək.

Bakıda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin 5-ci iclası işə başlayıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“PAŞA Holding” şirkətlərinin dayanıqlılıq strategiyası üzərində iş aparılır

BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir

Tələbə gənclər Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini silsilə tədbirlərlə anıblar

Toğrul Əsgərov: Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti

Cənubi Sudandan olan 1,3 milyon qaçqın geri qayıdıb

Kursantlar Ulu Öndərin ölməzliyini tərənnüm etdirən fləşmob hazırlayıblar VİDEO

Yelkənçilərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub

“AzerGold”un yeni qızıl sikkəsi Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunub

Niderland şirkəti Azərbaycan startapını alıb

Netanyahu Baydenlə fikir ayrılığının aradan qalxacağına ümid edir

Çin Macarıstanda dəmir yolu layihələrinə sərmayə qoyacaq

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Astarada tibbi aksiya təşkil edib

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə yürüş təşkil olub

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib VİDEO

BMT: COP29-la bağlı Azərbaycana dəstək vermək və əlimizdən gələni əsirgəməmək öhdəliyimizdir

DİA-da “İqlim dəyişikliyinə uyğunlaşma üzrə” təlimlərə başlanılıb

Qurban Yetirmişli: Cəbrayılda seysmik stansiyanın quraşdırılması üçün sənədləşdirmə işləri aparılır

Komitə sədri: Ailədə şiddətin qarşısını almaq üçün maarifləndirmə də lazımdır VİDEO

Azərbaycan Premyer Liqası: Mərkəzi oyun FIFA referisinə tapşırılıb

Nazir müavini: Azərbaycan COP29-a yalnız ev sahibliyi etməyəcək, eyni zamanda, danışıqlara da rəhbərlik edəcək

“Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin icrasına başlanılıb

Tahir Budaqov: YAP parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirməkdədir VİDEO

Mayın 11-12-də geomaqnit qasırğası gözlənilir

Azərbaycanın qadın güləşçiləri lisenziya turnirində mübarizəyə başlayırlar

YAP-ın nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mərakeş sahillərində 38 miqrant xilas edilib

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

BDU-nun tələbə və məzunu İsveçin dövlət təqaüdünə layiq görülüb

Delakruanın məşhur rəsm əsəri yenidən Luvr muzeyində sərgilənir

Dörd yüzdən çox namizəd dövlət qulluğu üzrə imtahan verəcək

Yaz ətirli poeziya

Milli Kitabxanada “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi açılıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin II cəhdində iştirak etmək üçün qeydiyyat başlanır

Azərbaycan Basketbol Liqası: Son çempion finala çıxa bilər

® “Dayanıqlı Tikinti Zirvəsi”nin gündəliyi yayımlandı

Xalqımız Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsini böyük ehtiramla anır

Premyer Liqa: Tura tarixi derbi ilə start veriləcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər VİDEO

Polis əməkdaşları 82 kiloqrama yaxın narkotik vasitə aşkarlayıb

DİN: Ötən gün ölkə ərazisində 87 cinayətin üstü açılıb

Paytaxtda bəzi ərazilərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar paylaşım edib

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Qobustanda narkotiklərlə əlaqəli iki nəfər saxlanılıb

Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Baş nazir: Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olacaq

Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb

Azərbaycanın qazandığı bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda klassik musiqi konserti təşkil edilib

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir ŞƏRH

Professor Bilgiç: Heydər Əliyevin Türkiyə təbabətinə inamı mənim qürur mənbəyimdir

ADA və Bolonya universitetlərinin birgə proqramı bağçılıq sahəsində multidisiplinar yanaşmanı ehtiva edir

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir

Sorğu: Fransızların Avropa İttifaqına etibarı azalır

Vyanada alman nasizmi üzərində Qələbənin 79-cu ildönümü qeyd edilib

Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar

İqor Korotçenko: Sülh müqaviləsi Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərlə bağlanacaq

Pentaqon ABŞ-ın İsrailə hava bombası tədarükünü dayandırdığını təsdiqləyib

Konfrans Liqasında ikinci finalçı müəyyənləşib

Avropa Liqasında finalçılar məlum olub

Dövlət Departamenti ABŞ-ın Ukraynaya yeni silah tədarükünü açıqlayıb

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Moskvadakı sərgidə faşizm üzərində Qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb

Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır

“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO

Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge və Qafur Məmmədovun abidələri ziyarət olunub VİDEO

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

AMEA-da “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı olub