İQTİSADİYYAT


Bakıda ekologiya və sənaye təhlükəsizliyinə dair beynəlxalq konfrans keçiriləcək

A+ A

Bakı, 18 noyabr, Nihad Budaqov, AZƏRTAC 

Noyabrın 21-22-də Bakıda “Ekologiya və yanacaq-energetika kompleksində sənaye təhlükəsizliyi” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransın təşkilatçısı Böyük Britaniyanın “Confidence Capital” şirkətidir.

Tədbirin media tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, bu, Xəzər regionunda neft-qaz sənayesində texnoloji və ekoloji təhlükəsizlik məsələlərinə diqqəti yönəldən yeganə konfransdır. Konfransda əməliyyat şirkətləri, texnologiya, avadanlıq və servis tədarükçüləri və dövlət orqanları arasında Xəzər regionunda fövqəladə vəziyyət və neft sızmalarının nəticələrinin aradan qaldırılması məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı əlaqələrin səmərəli müzakirəsi keçiriləcək.

Konfrans çərçivəsində, həmçinin texnologiya və xidmətlərin mini sərgisi təşkil ediləcək. Sərgidə aparıcı istehsalçılar öz avadanlıq və texnologiyalarını nümayiş etdirəcək və innovasiya həllərindən söhbət açacaqlar. Həmçinin neft sızmasının qarşısının alınması və aradan qaldırılması üzrə geniş xidmət spektri və problemlərin həlli yolları təqdim ediləcək, ətraf mühitin monitorinqi, sızmaların nəticələrinin aradan qaldırılması, torpaqların rekultivasiyası, neft tullantılarının utilizasiyası və digər məsələlərin monitorinqi üzrə aparıcı xarici texnologiyaların nümayişi olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.