REGİONLAR
Bərdədə şagirdlərə Ulu Öndərin neft strategiyası barədə məlumat verilib
Bərdə, 5 mart, AZƏRTAC
Bərdə şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün Ümummilli Liderimizin zəngin irsinin öyrənilməsi məqsədilə keçirilən növbəti açıq dərs “Heydər Əliyev və neft strategiyası” mövzusuna həsr olunub.
AZƏRTAC xəbər verir ki, Bərdə rayon Soğanverdilər, Xəsili və Nazırlı kənd tam orta məktəblərinin şagirdləri Mərkəzdə Ümummilli Liderin şərəfli həyat yolunu və fəaliyyətini əks etdirən eksponatlarla, foto və kitablarla, Ulu Öndərin iş otağının maketi ilə tanış olublar.
Soğanverdilər kənd tam orta məktəbinin tarix müəllimi Ceyhunə Baxışova şagirdlərə ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətləri, o cümlədən Azərbaycanda həyata keçirilən neft strategiyası barədə geniş məlumat verib. Bildirib ki, ulu öndər Heydər Əliyevin düşünülmüş neft strategiyası nəticəsində Azərbaycan regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə çevrilib.