DÜNYA


Böyük akkumulyator tutumlu smartfon nümayiş olunub

Bakı, 26 iyul, AZƏRTAC

“Oukitel” şirkəti 10 min milliamper/saat tutumlu akkumulyatorla təchiz edilən yeni mühafizəli smartfon nümayiş etdirib.

AZƏRTAC “Rambler” resursuna istinadən xəbər verir ki, “K10000 Max” adlanan model toza, suya və zərbələrə davamlı korpusa malikdir. Yeni qurğu 5,5 düym diaqonallı 1920х1080 piksel (Full HD) təsvir ölçülü ekranla təchiz edilib.

Məlumata görə, smartfon 1,3 QHs takt tezlikli səkkiznüvəli “MediaTek MT6753” prosessoru əsasında yaradılıb. Operativ yaddaş 3 giqabayt, quraşdırılmış yaddaş 32 giqabayt təşkil edir. Ön və arxa kameraların təsvir ölçüsü müvafiq olaraq 13 və 8 meqapikselə bərabərdir.

Bundan əlavə, barmaq izi skanerinə malik qurğu “LTE”, “Wi-Fi” (802.11a/b/g/n), “Bluetooth 4.0”, “GPS” və “GLONASS” modullarını dəstəkləyir.

“K10000 Max” smartfonu “Android 7.0 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.