DÜNYA


Britaniyalı sahibkarlardan tutulan vergilər artırıla bilər

Bakı, 16 fevral, AZƏRTAC 

Böyük Britaniyanın Fiskal Tədqiqatlar İnstitutunun araşdırmasına əsasən, hökumət fərdi sahibkarlıqla məşğul olan şəxslərdən tutulan vergiləri artırmalıdır.

AZƏRTAC “vergiler.az” saytına istinadla xəbər verir ki, hazırda fərdi sahibkarlar da tədqiqat müəssisəsinin işçiləri qədər, ildə orta hesabla 1240 funt sterlinq (1550 dollar) vergi ödəyirlər.

Fərdi sahibkarlardan tutulan vergilərin artırılması dövlətin büdcəsinə hər il 5 milyard funt sterlinq vəsait cəlb edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.