DÜNYA


Britaniyanın Baş naziri Avropa Sammitində “Brexit” planını açıqlayıb

London, 23 iyun, AZƏRTAC

Britaniyanın Baş naziri Tereza Mey Avropa Sammitində iştirak zamanı “Brexit” planını Avropa liderlərinə açıqlayıb.

Plana əsasən Britaniyada 5 ildən az olmamaqla yaşayan Avropa vətəndaşlarına daimi yaşamaq hüququ veriləcək. Bu, onlara təhsil, səhiyyə və başqa imkanlardan “Brexit”in son tarixi - 2019-cu il martın 30-dan sonra da faydalanmağa şərait yaradacaq.

Almaniya kansleri Angela Merkel Baş nazirin planını “Brexit” üçün yaxşı başlanğıc olaraq qiymətləndirib. Lakin qeyd edib ki, vətəndaşların hüquqlarından başqa “Brexit” üçün cavablanmalı çox sual var və görüləcək çox iş var.

T.Meyin planı 3.2 milyon Avropa vətəndaşına təsir edəcək.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.