DÜNYA


Çində 22 nəfər kömür şaxtasında dağıntılar altında qalıb

A+ A

Pekin, 1 dekabr, AZƏRTAC

Çinin Xeyluncian vilayətində kömür şaxtasında baş vermiş partlayış nəticəsində 22 nəfər dağıntılar altında qalıb. Yerli vaxtla noyabrın 30-da axşam 21:00 radələrində baş vermiş partlayışın səbəbi hələlik məlum deyil.

Yerli hüquq mühafizə orqanları müəyyən edib ki, özəl şirkətə məxsus olan kömür mədəni lisenziyasız fəaliyyət göstərirmiş. Hazırda polis bu istiqamətdə təhqiqat aparır. Bununla yanaşı, axtarış-xilasetmə işləri davam edir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.