İQTİSADİYYAT


Caspian European Club və Caspian American Bakıda beşinci CEO Lunch təşkil edib

Bakı, 5 iyul, AZƏRTAC

Caspian European Club və Caspian American iyulun 5-də Bakıda beşinci CEO Lunch təşkil edib.

Clubun Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev AZƏRTAC-a bildirib ki, “networking”in aparıcı vasitəsi olan CEO Lunch şirkət rəhbərlərinin qeyri-rəsmi şəraitdə ünsiyyətinə imkan yaratmaq və əlaqələr qurmaq məqsədilə təşkil olunur. Caspian European Club və Caspian American Club hər ayın üçüncü çərşənbə günü Bakıda CEİBC şirkətlərinin top-menecerlərinin iştirakı ilə CEO Lunch keçirir.

Telman Əliyev qeyd edib ki, Bakıda növbəti CEO Lunch 2017-ci il sentyabrın 20-də Caspian Energy Transport Forum və Caspian Energy İST Forum çərçivəsində təşkil olunacaq. O, həmçinin xatırladıb ki, Tbilisidə birinci CEO Lunch cari il sentyabrın 29-də baş tutacaq və sonradan hər ayın sonuncu cümə günü keçiriləcək.

Fəxri qonaq qismində CEO Lunch-da Azərbaycan Respublikasının Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov iştirak ediblər.

Akademik Ziyad Səmədzadə bildirib ki, hazırda qanunvericilik sahəsində xeyli işlər görülür, Azərbaycanda sahibkarlığın inkişafı üzrə proqramlar həyata keçirilir. Mirqasım Vahabov vurğulayıb ki, Dövlət Gömrük Komitəsi Caspian European Club və Caspian American Club-la sıx əməkdaşlıq edir, klub tərəfindən keçirilən tədbirlərdə fəal iştirak edir, kluba üzv şirkətlərin xahiş və təkliflərinə diqqətlə yanaşır. “Biz bu gün CEİBC ilə qurulmuş səmərəli əməkdaşlıqdan çox məmnunuq və onun gələcəkdə davam edəcəyinə ümid edirik”, - deyə o bildirib.

Klubun yeni formatda təşkil olunmuş tədbirini dəstəkləyən qonaqlar bunun dövlətlə özəl sektor arasında daha sıx əməkdaşlıq qurmağa imkan verəcəyini qeyd edərək, görüş iştirakçılarına təmsil etdikləri dövlət qurumları ilə əməkdaşlığı genişləndirmək imkanları barədə məlumat verib və onların fəaliyyətləri, həmçinin gələcək planları haqqında danışıblar. Tədbir iştirakçıları üçün Veka Construction və MONT MMC-nin təqdimatı keçirilib.

Qeyri-rəsmi şəraitdə sahibkarların qarşılaşdıqları problemlər müzakirə olunub, ölkənin müxtəlif regionlarında biznesin tətbiqi üzrə onları maraqlandıran məqamlara, həmçinin iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı təkliflərə toxunulub.

Caspian European Club və Caspian American Club-a daxil olan və burada iştirakını davam etdirən şirkətlərə sertifikatlar təqdim olunub.

Telman Əliyev Caspian European Club-un 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradıldığını xatırladıb. Caspian European Club-un sədrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olduğu bildirilib.

T.Əliyevin sözlərinə görə, təsis olunduğu ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.

Caspian Energy, Caspian Energy Forum, Caspian Energy Award, Caspian Energy Club, Caspian European Club, Caspian Business Club, Caspian American Club, Caspian American Forum, CEO, CEO lunch, Brand Award və digərləri qeydiyyatdan keçmiş ticarət markalarıdır və Caspian Energy International Media Group-a məxsusdurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.